• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Laboratoriya. Tarix

     

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyası

    Zamanın tələbi və Azərbaycanın görkəmli musiqi xadimlərinin təklifi ilə XX əsrin 90-cı illərin əvvəllərində Ü.Hacıbəyli adina BMA-da tədris prosesi ilə yanaşı elmi laboratoriyaların yaradılması qərara alınmışdır. Bu təklifi BMA-nın rektoru, Azərbaycan və SSRİ –nin xalq artisti, professor Fərhad Bədəlbəyli bəyəndi və onun rəhbərliyi altında görkəmli alim, elm və yaradıcılıq işləri üzrə prorektor, professor G.Abdullazadə və musiqişünas-alım M.Kərimovun iştirakı ilə bu layihə üzrə bütün hazırlıqlar görüldü. Bundan sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10.02.1992-ci ilin № 98 əmrinə əsasən – “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi ” və “Qədim Azərbaycan musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” adlı iki elmi- tədqiqat laboratoriyaları yaradıldı. Həmin laboratoriyaların fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 1995-ci il tarixli 242 № qərarı ilə təsdiq edilmiş “Ali məktəblərdə elmi tədqiqat laboratoriyaları haqqında Əsasnamə” yə uyğun olaraq davam etdirildi.


    Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli musiqi irsimizin dərindən öyrənilməsi öndə duran məsələlərdən biri olduğundan adı çəkilən laboratoriyalarda tətbiq olunan istiqamətlər bugün də öz aktuallığını saxlamaqdadır. Bunların arasında: şifahi ənənəli xalq musiqisinin elmi nəzəri əsaslarla tədqiq olunması, bəzi bəstəkarlarımızın yaradıçılıqlarına aid hələ araşdırılmamış əsərlərinin Milli Arxiv İdarəsində və Əlyazma institutunda tapılması və onlara müraciət olunması, Azərbaycan musiqi mədəniyyətimizin “beşiyi” olan Qarabağda ilk musiqi məktəblərinin yaradılması, təşkil olunan ilk “Şərq konsertlərində” çıxış edən ifaçılarımızın XX əsr ifaçılıq sənətində böyük əhəmiyyət daşıması kimi vacib məsələlər təhlil olunaraq geniş ictimaiyyətə çatdırılmışdır.Azərbaycanın zəngin şifahi ənənəli professional musiqisinin daima öyrənilməsi dahi Ü.Hacıbəylidən bizə qalmış ənənələrdən biridir və buna uyğun olaraq elmi laboratoriyaların əməkdaşları ölkəmizin müxtəlif bölgələrinə səfər edib elmi ekspedisiyalarda iştirak edərək, yerli musiqiçilər və yaşlı sakinlərdən qiymətli musiqi nümunələrini toplayırlar. Bu illər ərzində belə ekspedisiyalar Qazax, Tovuz, Şamaxı, Yevlax, Göyçay və sonuncu dəfə 2018-ci ilin may ayında Quba və Xaçmaz rayonlarında baş tutmuşdur.Toplanmış materiallar alimlər tərəfindən yenidən dinlənilərək audio (CD) variantında laboratoriyanın arxivində saxlanılır.
    Eyni zamanda, qədim və orta əsrlərə aid milli musiqi alətlərimizin elmi-nəzəri və elmi–praktiki əsaslarla bərpası, alətlərlə bağlı müasir ifaçılıq sənətinin öyrənilməsi musiqi təhsilinə qaytarılması, onların tətqiq və təbliğ olunması istiqamətlərində laboratoriyalarımızda bir çox elmi nəticələr əldə olunmuşdur. Elmi laboratoriyalarda çalışan alimlərin səyi ilə Azərbaycanda ilk dəfə musiqişünaslığın vacib qolu olan orqanoloqiya (alətşünaslıq) sahəsinin BMA-da təməli qoyuldu və inkişaf etdirildi. “Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” adlı elmi laboratoriyada Orqanologiya elminin inkişafında iki görkəmli musiqişünas alim-professorlar Səadət xanım Abdullayeva və Məcnun müəllim Kərimovun böyük əməyi olub. Səadət Abdullayevanın fundamental əsərlərinin arasında “Народный музыкальный инструментарий Азербайджана” (“Azərbaycan xalq çalğı alətləri”) H.Əliyev fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən dəstəklənərək iki dildə nəşr olundu. Bundan əlavə, S.Abdullayevanın “Azərbaycan musiqisi və təsviri sənət” adlı monoqrafiyası, Məcnun müəllim Kərimovun “Azərbaycan musiqi alətləri ” adlı möhtəşəm kitabı işıq üzü gördü. Bu alimlərin səyi nəticəsində Azərbaycanın qədim musiqi alətlərindən olan qopuz, bərbət, çəqanə, tənbur, rübab, nüzhə, çəng, rud, çoğur, səntur, ney, yaylı rübab, yaylı qopuz, ərğənün kimi alətlərin haqqında orta əsrlərə aid bütün yazılı və şifahi mənbələr, eləcə də arxeolojı və təsviri sənət əsərləri dərindən araşdırılmış, bu alətlərin hazırlanma mexanizmi, səsyazma qaydaları, kök sistemi, ifaçılıq qaydaları yenidən öyrənilmiş və onların elmi praktiki əsaslarla bərpası həyata keçirilmişdir. Bununla da milli musiqi sərvətimiz olan qədim və orta əsrlərdən qaynaqlanan dəyərlər xalqımıza qaytarılmış və onlar müasir ifaçılıq sənətində öz layiqli yerini tutmuşdular. Qeniş ictimaiyyətə təqdim olunduqdan sonra həmin alətlərə maraq artmış və əvvəlcə BMA – nın elmi laboratoriyasıının nəznində, sonralar isə Bakıda keçirilən “Novruz Bayramı” şənliyində həmin ansamblın iştirakı zamanı Ulu Öndər Heydər Əliyev onları bəyənmiş və onun göstərişi ilə Mədəniyyət Nazirliyinin tabeliyində “Qədim alətlər” Dövlət ansamblı yaradılmışdır. Bu ansambl bu günə qədər həm Azərbaycanda, həm də xaricdə qastrol səfərlərində iştirak etməkdədir.
    Müasir dövrdə elmin müxtəlif sahələrinin sürətlə inkişafı musiqi mədəniyyətində də bir sıra yeni istiqamətlərinin tədbiqinə qətirib çıxarır. Bu baxımdan Ü.Hacıbəyli adına BMA- da musiqi akustikası ilə bağlı yeni elmi laboratoriyanın yaradılmasının zəruriyyəti duyulmuş və həyata keçirdilmişdir.
    Azərbaycan Respublikasının Prezidentinin 796 saylı 8 iyul 2008 –il tarixli “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”-nın təsdiq edilməsi haqqında fərmanına uyğun olaraq Təhsil Nazirliyinin 4 dekabr 2008-ci il tarixli 1303№ əmrinə əsasən Ü.Hacıbəyli adına BMA-nın “Musiqi akustikası” elmi tədqiqat laboratoriyası yaradıldı. Laboratoriyanın əsas məqsədlərini belə göstərmək olar: 1) Xalqımıza məxsuz bərpa olunmuş musiqi alətlərinin səsləndirilməsi zamanı onların səslənmə xüsusiyyətlərinin və akustik xarakteristikalarının elmi cəhətdən tədqiqi; 2) Dövrümüzə qədər gəlib çatmış müasir milli musiqi alətlərimiz–saz, tar, kamança, balaban və digərlərinin səs yaratma mexanizminin, akustik xarakteristikalarının və digər texniki parametrlərinin elmi cəhətdən əsaslandırılmış şəkildə tədqiqi, onların gələcəkdə daha da təkmilləşdirilməsinə imkan yaradacaqdır ki, bu da öz növbəsində milli musiqi xəzinəmizin beynəlxalq səviyyədə özünə daha da layiqli yer tutmasına bir daha köməklik etmiş olacaqdır; 3)Müxtəlif məkanlarda musiqinin səsləndirilməsi bəzi hallarda akustik baxımından keyfiyyətsiz olduğundan, dinləyicinin haqlı narazlığına səbəb olur, hətta bəzi hallarda insan sağlamlığına mənfi təsir göstərir. Bunların akustik xarakteristikaların tədqiqi, elektroakustik qurğuların həmin məkanlarda istifadəyə yararlığının müəyyənləşdirilməsini və bu xarakteristikalarının mümkün qədər yaxşılaşdırılmasına yönəlmiş tədbirlər və tövsiyələrin bu laboratoriyanın əməkdaşları tərəfindən işlənib hazırlanması zəruriyyətini əmələ gətirən vəzifələrindəndir.
    Fəaliyyət göstərdikləri illər ərzində həmin laboratoriyalarda güclü alim və ifaçı potensialı formalaşıb ki, onlrın arasında əməkdar incəsənət xadimləri, xalq artistlər, professorlar, elmlər doktorlarları, dosent, fəlsəfə doktorlarları ilə yanaşı gənc doktorantlar da var. Onlar burada elmi təcrübə toplayıb müsiqişünaslığın inkişafı naminə daha da böyük uğurlar əldə olunması üçün səylə çalışırlar.Elmi laboratoriyada çalışan bütün alimlərin ən başlıca vəzifəsi müntəzəm olaraq beynəlxalq və respublika əhəmiyyətli konfrans və simpoziumlarda iştirak edib çıxış etməkdən də ibarərdir. Buna əməl edərək hər il elmi laboratoriyanın əməkdaşları musiqi elmilə bağlı keçirilən istənilən tədbirlərdə məruzələrlə çıxış edirlər.
    Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra musiqi mədəniyyətimizin vacib sahəsi şifahi ənənəli professional musiqimizin inkişafına ölkə rəhbərliyi tərəfindfən diqqət daha da artdı. Bu da alimlərimizə stimul verdi ki, onlar yeni elmi tədqiqat işləri aparsınlar, monoqrafiyalar və tədris vəsaitlərini yazıb çap etsinlər. Elmi laboratoriyaların əməkdaşları fəaliyyətə başladıqları gündən bu günə kimi öz məqalələrini dəfələrlə hazırladıqları toplularda nəşr etdiriblər.Bu illər “Azərbaycan milli musiqisinin tədqiqi problemləri” (5 buraxılış ), ”Bəstəkar və zaman” (3 buraxılış), sonuncusu isə “Müasir musiqişünaslığın aktual məsələləri” elmi məqalələr və materiallar toplusu (birinci buraxılış) 2017-ci ilin axırlarında işıq üzü gördü. Burada müəyyən edilmiş rubrikalarda müxtəlif problemlərlə bağlı maraqlı məqalələr çap olundu. Musiqi maarifçiliyi ilə bağlı 2018 – ci il ərzində əməkdaşların iştirakı ilə bir necə böyük tədbirlər həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik” Fondunun xətti ilə Qəbələ, Xaçmaz, Şabran rayonlarında musiqi ilə bağlı geniş ictimaiyyətlə görüşlər keçirildi və bunlar insanlar tərəfindən çox bəyənildi. Bakı şəhərinin bir neçə məktəblərində şagirdlərlə görkəmli musiqi xadimlərin yaradıcılığı ilə baglı görüşlər keçirildi, həmçinin Müdafiyə Nazirliyinin Hərbi Akademiyasının kursantları qarşısında ordumuzun 100 illik yübileyinə həsr olunmuş “Azərbaycan musiqi mədəniyyətində hərbi mahnılar və marşların yeri” mövzusunda maraqlı görüş keçirilmişdir.
    Dahi Azərbaycan bəstəkarı Q.Qarayevin 100 illiyi ilə bağlı Xaçmaz rayonunun H.Əliyev mərkəzində İcra Hakimiyyəti, Xaçmaz Regional Mədəniyyət İdarəsinin və BMA –nın elmi tədqiqat laboratoriyasının təşkilatçılığı ilə möhtəşəm konsert keçirildi. 2018-ci il Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunduğu üçün Şabran rayon İcra Hakimiyyəti, Xaçmaz Reqional Mədəniyyət İdarəsi və BMA-nın elmi tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə doktorantlar və məzunlardan ibarət “Yurdumuzun gənc istedadları” adlı möhtəşəm konsert baş tutdu.
    Son zamanlar müasir idarəçilik metodlarının optimallaşması ilə bağlı Respublikamızda mühüm addımlar atıldı və BMA-nın elmi laboratoriyalarında struktur dəyişilikləri baş verdi. Beləki, üc elmi – tədqiqat laboratoriyaları əsasında Böyük Elmi Şuranın 14.09.2018 il tarixli 1№ qərarına əsasən “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” adlı vahid elmi tədqiqat laboratoriyası yaradıldı. Hal-hazirda bu elmi –tədqiqat laboratoriyada güclü elmi potensiala malik kadrlar cəmləşib. Onların başlıca məqsədi Azərbaycanda musiqişünaslığın müxtəlif sahələrini daha da inkişaf etdirmək və BMA-nın tədris prosesində yaxından iştirak etməkdən ibarətdir. Bu məqsədlə hər ay BMA-nın kiçik zalında tələbələri cəlb etməklə əməkdaşların seminarlarının keçirilməsi, yeni elmi toplular hazırlanaraq işıq üzü görməsi, elmi ekspedisiyaların hətta Azərbaycandan kənarda da keçirilməsi, elmi konfransların təşkil olunması nəzərdə tutulmuşdur. Maarifçilik fəaliyyətinin dəvam etməsi və müxtəlif məktəblər və təşkilatlarda “Azərbaycanın klassik musiqisini tanıyaq və tanıdaq “ layihəsi üzrə işlərin davam edəcəyi, bir neçə gənc doktorantların mövzularının Dissertasiya şurasına təqdim olunması gözlənilir və respublikanın başqa ali təhsil ocaqları ilə bəzi aktual mövzularla bağlı əməkdaşlığın qurulması planlaşdırılmışdır.