• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 fevral 2023-cü il

    “Azərbaycanda maarifçilik və xeyriyyəçilik  ənənələri “ adlı yeni kitab  Beynəlxalq  miqyaslı Lambert Academic Publishing nəşriyyatında  dərc olunmuşdur.

    Sevindirici haldır ki, Ü.Hacıbəyli adına BMA-nın  elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Nuridə İsmayılzadənin “Azərbaycanda maarifçilik və xeyriyyəçilik  ənənələri “ adlı arxiv sənədləri əsasında qələmə aldığı yeni kitabı  Beynəlxalq  standart nömrəli (İSBN)  Lambert Academic Publishing nəşriyyatında  dərc olunmuşdur.

    Kitab Azərbaycanda müxtəlif dövrlərdə mövcud olmuş xeyriyyəçilik və maarifçilik cəmiyyətləri və onların üzvləri olmuş görkəmli şəxsiyyətlərin fəaliyyətləri  haqqında məlumatları özündə ehtiva edir.   N.İsmayılzadə kitabda  XIX-XX əsr Azərbaycan maarifçiləri və xeyriyyəçiləri haqqında, o cümlədən də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin bilik və mədəniyyətin ötürülməsi  istiqamətində olan fəaliyyətini işıqlandırmışdır.

    Maarifçilik və xeyriyyəçilik  ənənələrinin müasir dövrümüzdə də mövcudluğunun bariz nümunəsi kimi  1995-ci ildə Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban Əliyevanın təşəbbüsü  ilə yaradılmış  Azərbaycan Mədəniyyətinin  Dostları Fondunun (AMDF) milli incəsənətimizin inkişafı, təbliği məsələlərinin həyata keçirilməsində müstəsna rolu haqqında ilk dəfə olaraq müəllif tərəfindən  araşdırma aparılmış və təqdim olunan kitabda əks etdirilmişdir.

    Kitab rus dilində dərc olunmuş və Azərbaycanda maarifçilik və xeyriyyəçilik  ənənələrinə məxsus maraqlı tarixi faktları özündə cəmləmişdir.

    Mehparə Rzayeva

    dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru,

     aparıcı elmi işçi.