• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 mart 2023-cü il

     30 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycanın Ümumilli lideri Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan  "Müasir Musiqi təlim-tərbiyəsində innovasiyalar və perspektivlər" adlı tələbələrin elmi-metodiki Respublika konfransı keçirildi.

    Layihənin rəhbəri Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Təşkilat komitəsinin üzvləri- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektor, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nəzakət Rimazi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi tarixi və nəzəriyyə fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudova, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq üzrə elmlər doktoru,  Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva,  

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Məmmədova,  Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər doktoru professor Tamilla Kəngərlinskaya, tələbə elmi cəmiyyətinin sədr müavini Aliyə Məmmədovadır.      

    Tələbə konfransının məzmunu musiqi fəaliyyətinin bir-biri ilə əlaqəli olan dörd sahəsini-elm, incəsənət, mədəniyyət və təhsili birləşdirir.

    BMA-nın Tədris işləri üzrə prorektoru Nərminə Quliyeva bütün iştirakçıları salamlayıb, konfransı açıq elan etdikdən sonra professorlar Elnarə Məmmədova və Sevda Qurbanəliyeva ön sözlə çıxış etdilər.

    Ardınca  Bakı Musiqi Akademiyasının tələbələri Tasurə Hüseynova, Əzizə Mehdizadə, Əzizə Məmmədova, Xədicə Məhəmmədi və Gəncə Dövlət Universitetinin  tələbələri Fidan Əhmədova,  Könül Əmrahova, Mehriban Niyazi  ümumi pedaqogika, pedaqogika, təlim-tərbiyənin nəzəriyyəsi və metodikası (musiqi tədrisinin metodikası), musiqi sənəti və kulturologiya mövzuları ətrafında öz məruzələri ilə çıxış etdilər.

    Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olundu.