• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 aprel 2024-cü il

    Ü.Hacıbəyli adına BMA-nın kiçik zalında elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə 9 aprel 2024-cü il tarixində Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin 75 illik yubileyinə həsr olunmuş “Konfrans- konsert” keçirildi.

    Konfransda Arif Əsədullayevin bərpa edib, ilk dəfə nota aldığı “Kərəmi zərbli muğam” və elmi-tədqiqat laboratoriyasının bir qrup əməkdaşları A.Əsədullayev,Z.İsayev, S.İsayeva, M.Əsədullayeva ilə birlikdə yazdığı“Azərbaycan milli çalğı aləti kamança konsrtuktiv xüsusiyyətləri və akustik xarakteristikaları” adlı kitablarının təqdimatı keçirildi. Konfransı giriş sözü ilə Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə açdı. N.İsmayılzadə Ü.Hacıbəyli adına BMA-nın rektoru, SSRİ və Azərbaycanxalq artisti, professor  Fərhad Bədəlbəylinin  yubilyara göndərdiyi təbriki oxudu. Daha sonra Ü.Hacıbəyli adına BMA-nın elm və yaradıçılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə Arif Əsədullayevin elmi və pedaqoji fəaliyyətindən, zəngin ifaçılıq təcrübəsindən,Əsədullayevlər ailəsinin Azərbaycan musiqi mədəniyyətində önəmli yer tutmasından danışdı. 

    Uzun illərdir zəngin muğam xəzinəsinin tədqiqi, tədrisi və nota yazılması sahəsində fəaliyyət göstərən A.Əsədullayevin bu aspektdə 5 məcmuəsi işıq üzü görüb.Bu məcmuələr həm tədris repertuarı kimi, həm də solist-ifaçılar üçün qiymətli vasitələrdir. Azərbaycanın klassik 7 instrumental muğamını –Çahargah, Humayun, Rast, Bayatı-Şiraz, Zabul segah, Şur və Şüştər muğamlarını ilk dəfə olaraq ayrı-ayrılıqda nota almış, daha sonra isə qalan muğamları – Mahur hindi, Orta Mahur, Bayatı Qacar, Bayatı-Kürd, Vilayəti-Dilkəş, Şahnaz, Qatar, Rahab, Dügah, Dəşti, Şüştər, Xaric segah instrumental muğamlarını “Azərbaycanın klassik 12 instrumental muğamı” məcmuəsi şəklində geniş ictimaiyyətə təqdim edərək, muğam sənətinin qorunub saxlanılmasında, gələcək nəsillərə olduğu kimi dəyişikliklərə məruz qalmadan çatdırılmasında əvəzsiz elmi mənbədir. Arif Əsədullayevin nota aldığı bu muğamların müəllim və tələbələrin, geniş musiqi ictimaiyyətinin, bəstəkar və musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin arxalana biləcəyi çox lazımlı tədris vəsaitidir.     

    Konfrans-konsertdə məruzə ilə Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elimləri doktoru Abbasqulu  Nəcəfzadə, Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanov, elmi-tədqiqat laboratoriyasını aparıçı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina  Əliyeva, əməkdar incəsənət xadimi, professor, bəstəkar Məmmədağa Umudov, elmi-tədqiqat laboratoriyasının böyük  elmi işçisi  Zeynal  İsayev, “Musiqi nəzəriyyəsi” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Dilbər Məmmədova, Azərbaycan Milli Konservatoriyasının professoru, əməkdar incəsənət xadimi Məmmədağa Kərimov, elmi-tədqiqat laboratoriyasının aparıçı elmi işçisi, Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü Rüfət Ramazanov, elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Nigar Bayramova, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin işçisi Təranə Əliyeva çıxış etdilər. 

    Konfransda iştirak edən tanınmış musiqiçilər, alimlərlə yanaşı Arif Əsədullayevin ömür gün yoldaşı respublikanın xalq artisti, professor Şəfiqə Eyvazova və qızı Mehri Əsədullayeva da iştirak edirdi. Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi elmi metodiki şurasının təsdiq etdiyi A.Əsədullayevin müəllifi olduğu instrumental dərs vəsaitlərinin redaktoru Şəfiqə Eyvazovadır.  

    Konfransın sonunda əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev BMA-nın rəhbərliyinə, gələn qonaqlara və konfrans iştirakçılarına öz xüsusi minnətdarlığını bildirdi. 

    Konfrans konsertdə musiqi nömrələri ilə x.ç.a. üçlüyükamançada Mehri Əsədullayeva, tarda Elşən Tahirov, nağarada Qurban Abbasov “Kərəmi Zərbli muğam”ını, Ü.Hacıbəyli adına BMA-nın II kurs təlıbəsi Elvin Salmanov saksafonda “Çahargah” muğamından bir parçaifa etdilər.

    Bu gün 75 yaşını qeyd edən yubilyarımızın ömür səhifəsini vərəqlədikcə ömrünün əlli ildən çox hissəsini kamança sənətinin təbliğinə və pedaqoji fəaliyyətə sərf etdiyini görürük. Ürəyi Vətən üçün döyünən sənətkarımıza can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.