23 may 2025-ci il
22-23 May 2025-ci il tarixində P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyası, Astraxan Dövlət Konservatoriyası və “Музыкальное искусство Евразии. Традиции и современность” adlı nüfuzlu beynəlxalq jurnalın
birgə təşkilatçılığı ilə “Этнокультурный контекст музыкальных традиций Евразии” в рамках Каспийского научно-образовательного конгресса (Xəzər Elm və Təhsil Konqresinin çərçivəsində “Avrasiya musiqi ənənələrinin etnomədəni konteksti”) adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda iştirak etmək üçün xarici ölkələrin – Rusiya, Azərbaycan,Özbəkistan, Qazaxıstan, Tacikistan, Çin kimi ölkələrin universitetlərindən və elmi-tədqiqat mərkəzlərindən musiqi sənəti, musiqişünaslıq, etnoqrafiya sahəsi üzrə ixtisaslaşmış alimlər – mütəxəssislər dəvət olunmuşdur. Azərbaycan musiqi elminin fəal tədqiqatçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin dekanı, Əməkdar müəllim, Sənətşünaslıq doktoru, professorGülzar Mahmudova “О некоторых аспектах сравнительного анализа азербайджанской и турецкой народной музыки” (“Azərbaycan və türk xalq musiqisinin müqayisəli təhlilinə dair bəzi aspektləri haqqında”) adlı elmi məruzəsi ilə çıxışedərək Azərbaycanı uğurla təmsil etmişdir.
Konfransın təşkilatçıları və moderatorları “Avrasiya Musiqi Sənəti. Ənənələr və Müasirlik” adlı onlayn jurnalın baş redaktoru, sənətşünaslıq doktoru, elmi və beynəlxalq işlər üzrə prorektor, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru – Zenkin Konstantin Vladimiroviç, “Avrasiya Musiqi Sənəti. Ənənələr və Müasirlik” adlı onlayn jurnalın baş redaktor müavini, sənətşünaslıq doktoru, M.Tursunzadə adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun professoru – Ulmasov Firuz Abduşukuroviç olmuşdur.