• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr 2025- ci il

    Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin təşəbbüsü ilə həyata keçirilən “Bakı musiqi folkloru” adlı layihə çərçivəsində 20 dekabr 2025-ci il

    tarixində Buzovnada R.Axundov adına Mədəniyyət evində keçirilmiş elmi-mədəni görüş Bakı kəndlərinin musiqi irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə Bakı ərazisinə məxsus yerli folklor nümunələrinin toplanması, sistemləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsi məqsədini daşıyır ki, bu da müasir etnoşünaslıq tədqiqatlarının aktual istiqamətlərindən biridir.  

    Tədbiri giriş sözü ilə R.Axundov adına Mədəniyyət evinin direktoru Afət İbrahimova açdı. Afət xanım qeyd etdi ki, onun rəhbərliyi altında Mədəniyyət evi təkcə yaradıcılıq məkanı deyil, eyni zamanda qadınların mədəni hüquqlarının qorunduğu və təşviq edildiyi ictimai platforma kimi fəaliyyət göstərir. Buzovna kəndinin musiqi-mədəni mühiti, yerli ifaçılıq ənənələri, mərasim və məclis musiqisi, eləcə də xalq yaradıcılığının xas melodik və ritmik xüsusiyyətlərin geniş araşdırılması haqda Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri N.İsmayılzadə öz çıxışında bildirdi. O, qeyd etdi ki, Bakının otuz iki kəndi haqda çoxlu kitablar, toplular yazılıb, lakin Bakı folklor musiqisi haqda kifayət qədər elmi araşdırmalar yoxdur. N.İsmayılzadə vurğuladı ki, bu məqsədlə elmi-tədqiqat laboratoriyasının hazırladığı  layihə Bakı ərazisinə məxsus yerli folklor nümunələrinin gənc tədqiqatçılar üçün  elmi mənbə bazasının formalaşdırılması baxımından yüksək elmi-paktiki əhəmiyyətə malikdir. Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi NigarBayramova Buzovna folklor materiallarının Bakı musiqi mühitinin ümumi kontekstində araşdirilması regional üslub xüsusiyyətlərinin müəyyənləşdirilməsinə imkan yaratdığını və bu məqsədlə layihə üçün hazırladığı sualları tədbir iştirakçılarına təqdim etdi.  

    Tədbirin diqqətçəkən məqamlarından biri də Kübar Xanımlar məclisinin rəhbəri Simuzər Sultanova və onun üzvlərinin fəal iştirakı oldu. S.Sultanova vurğuladı ki, qış fəslinin başlanması münasibətilə “Böyük Çilə”nin qeyd edilməsi folklor-mədəni ənənələrin yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir. “Böyük Çilə” ilə bağlı aparılan söhbətlərdə bu folklor bayramının xalq təqvimi sistemindəki yeri, mövsüm mərasimləri ilə əlaqəsi, eləcə də məişət, inanclar və musiqi folkloru ilə vəhdəti elmi aspektdən şərh olunmuşdur. Kübar Xanımlar məclisinin fəal üzvləri şair-publisist Gülnarə Munis, ensikıopediya işçisi İ.Validə, tarixçi H.Xırdaxanım, fortepiano müəllimi D.Dadaşova, neftçi H.Gülarə, mədəniyyət işçisi M.İradə, şairə  H.Almaz “Böyük Çilə” mərasimləri xalqın təbiətə münasibətini, mövsüm dəyişikliklərə adaptasiyasının və kollektiv yaddaşını əks etdirən mühüm elmi-mədəni göstərici olduğunu vurğuladılar.  Qeyd olundu ki, xalqın folklor bayramı olan “Böyük Çilə”də əksər evlərdə buğdadan isfahan halvası bişirilir, nişanlı qızlar üçün xonça, bayram payı, xüsusilə yay fəslindən qoruyub saxladıqları qarpız meyvəsini aparırlar.

    Nəticə etibarilə, R.Axundov adına Mədəniyyət evində keçirilmiş bu tədbir folklorun musiqi, mərasim və sosial mühit kontekstində öyrənilməsinin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər və gələcək etnomusiqişünaslıq tədqiqatları üçün mühüm elmi baza yaradır. Ümid edirəm ki, elmi-tədqiqat laboratoriyasının “Bakı musiqi folklru” adlı layihəsinin ekspedisiyaları Bakının növbəti kəndlərində də uğurla davam edəcək.  

     

     Ü.Hacıbəyli adına BMA-nın elmi işçisi,

    doktorant Nigar Bayramova