• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 mart 2022-ci il

    Novruz bayramı ərəfəsində “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrası və BMA-nın məktəb-studiyası şagirdlərinin birgə konserti

    18 mart 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında BMA-nın 100 illik yubileyinə həsr olunmuş “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrası tələbələrinin və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası şagirdlərinin birgə konserti keçirildi.

    Bu konsertdə məktəb-studiyanın müxtəlif ixtisaslar üzrə şagirdləri “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının təcrübəçi-tələbələri tərəfindən öyrəndikləri musiqi əsərlərini müxtəlif alətlərdə ifa edərək dinləyicilərin zövqünü oxşadılar. Konsert proqramında həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərləri yer almışdır. Bu əsərlər fortepiano, violin, çello, fleyta, saksofon, marimba, ksilofon sinfində təhsil alan şagirdlərin ifasında müvəffəqiyyətlə təqdim olundu.

    Hər bir ifaçının, musiqiçinin adını çəkəndə biz onun müəlliminin də adını böyük minnətdarlıqla xatırlayırıq, çünki müəllimin rolu və əməyi əvəzsizdir. Kafedrada çalışan çox təcrübəli müəllimlər sənətin nəzəri əsasları və praktiki biliklərinin əməl etməsini tələbələrin qarşısında bir vəzifə kimi qoyur və bu sənəti sevdirməyə çalışırlar.

    Qeyd edək ki, Məktəb-studiya BMA tələbələri üçün pedaqoji, ifaçılıq, konsertmeysterlik, lektorluq təcrübəsi və həmçinin musiqi pedaqogikası və müəllimlik metodikası sahəsində tədqiqat və elmi-eksperimental laboratoriyası kimi fəaliyyət göstərir. Tələbələr ifa olunacaq əsər və onun bəstəkarı haqqında şagirdlərə geniş məlumat verir, sonra isə həmin əsəri ifa etməyi öyrədirlər. Bu konsert də birgə yaradıcılıq fəaliyyətinin bariz nümunəsidir. Belə konsertlərin keçirilməsi isə onların təcrübəsini daha da artırır.

    Konsertdə iştirak edən müəllim, tələbə və şagirdlərin adlarını xüsusilə qeyd etmək istərdim.

    Məktəb-studiyanın şagirdləri – Rüstəmxanlı Sabir I sinif, Hüseynzadə Məryəm II sinif, Şeypfur Araş II sinif, Abdullalı Qurban II sinif, Qasımlı Mikayıl III sinif, Sadıxova Cəmilə III sinif, Quliyev Hüseyn IV sinif, Nəsirova Aylin IV sinif, Əlişanlı Əmirhüseyn V sinif, Əhmədzadə Fəxriyyə VI sinif, Məmmədli Yusuf VI sinif, İbrahimov Məhəmmədəli VI sinif, Ağalar Davud VI sinif, Hüseynov Elmir VIII sinif, Hüseynov Ziya VIII sinif, Yusibova Şəhla IX sinif, Abasbəyli Nəzrin IX sinif, Bədəlbəyli Hüseyn XI sinif;

    I kurs tələbələri – Mikayılova Jalə, Məcidli Firuzə, II kurs tələbəsi Nağıyeva Aliyə, III kurs tələbələri – Vəliyeva Məryəm, Abdullayeva Züleyxa, Ağayeva Ünal, Hüseynzadə Nigar, Məmmədova Ülkər, Məmmədov Əliyar, Ağayeva Amaliya, Abdullayeva Jalə, IV kurs tələbələri – Abdullayev Nuradin, İbadullayeva Nigar, Zeynalova Leyla, Behbudov Rəşid, Hacıyeva Nüşabə, Rəhimova Samirə, Sərxanova Lamiyə, Tahirzadə Günel, Mayılova Jalə, İsmayılov Cavid;

    “Metodika və xüsusi pedaqoji hazırlıq” fənnini tədris edən müəllimlərdən Mədinə Tuayeva, Elnarə Məmmədova, Nigar Məlikova, Nərgiz Əlizadə, Zəhra Qarayeva, Arzu Rzayeva, Nairə Qulamova, Firuz Hüseynov, Nərgiz Hüseynova, Həqiqət Yusifova, Nərgiz Kəngərli.

    Konsertdə BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Məmmədova və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədova da iştirak edirdilər. Konsert dinləyicilər tərəfindən böyük alqışlarla qarşılandı.

    Sonda Elnarə xanım bizimlə konsert haqqında olan fikirlərini bölüşdü: “Mən də ilk müəllim fəaliyyətimə məktəb-studiyadan başlamışam. Çox sevinirəm ki, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovun rəhbərlik etdiyi məktəb-studiya ilə bizim kafedra arasında mütəmadi olaraq layihələrimiz, iş birliyimiz var və bizim kafedranın tələbələri məktəb-studiyanın şagirdlərinə dərslər keçir, konsertlər təşkil edirlər. Hesab edirəm ki, belə konsertlərin sayı davamlı olacaq”.

    Ü. Hacıbəyli adına BMA-nın elmi işçisi,

    doktorant Nigar Bayramova