• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 may 2022-ci il

    18 may 2022-ci il tarixində Bakıdakı Rus Evində iki görkəmli bəstəkarın - V.Solovyov-Sedoy və R.Hacıyevin yubileylərinə həsr olunmuş konsert keçirilmişdir.

    Konsert proqramı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Alyona İnyakina tərəfindən hazırlanmış, həm klassik, həm də estrada nömrələrindən ibarət idi.

    Tədbir Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İ.X.Zinnurov tərəfindən açıq elan edildi.

    Konsert proqramında aşağıdakılar iştirak edib: Azərbaycan Respublikasının əməkdar artisti Anton Ferştandt, Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilarə Kərimova, Dövlət Akademik Filarmoniyasının solisti Fərhad Ələkbərov, Niyazi Simfonik Orkestrinin solisti Lalə Muxtarova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Leyla Kərimova, BMA-nın məktəb-studiyasının şagirdi Teymur Kazımov, həmçinin BMA-nın tələbə və məzunları - Almaz Şahbazlı, Aysel Hüseynzadə, Eliyar Əliyev, Leyla Cavadova, Kamilla İmanova, BeatBlast qrupu  (Məryəm Vəliyeva (vokal), Əli Talıbov (piano) , Ayan Məmmədova (viola), Cavidan Rəsulov (saksafon) , Faiq Əlizadə (truba), Azər Səfərzadə (baraban dəsti), Mark Zinçenko (bas gitara).

    Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri M.N.Boçarnikov, diplomatik korpusun, ictimaiyyətin, gənclər təşkilatlarının, elm və təhsil müəssisələrinin nümayəndələri, Azərbaycanın mədəniyyət xadimləri, həmvətənlər və biznes dairələrin nümayəndələri iştirak ediblər.

    Konsert böyük anşlaqla baş tutdu, tamaşaçılar hər bir musiqi parçasını sürəkli alqışlarla qarşıladılar. Sevimli əsərlərinin ifası zamanı tamaşaçılar emosiyalarını cilovlamayaraq, musiqiçilərlə birgə oxudular.

     

     

    18 мая 2022 года в Русском доме в Баку состоялся концерт, посвящённый юбилеям  двух выдающихся композиторов - В.Соловьёва-Седого и Р.Гаджиева.

    Концертная программа, подготовленная доктором философии по искусствоведению, старшим преподавателем Бакинской Музыкальной Академии им. У.Гаджибейли Аленой Инякиной, состояла как из классических, так и эстрадных номеров.

    Мероприятие открылось приветствием руководителя Представительства Россотрудничества в Азербайджане И.Х. Зиннурова.

    В концертной программе приняли участие:

    Заслуженный артист Азербайджанской Республики Антон Ферштандт, концертмейстер Бакинской Музыкальной Академии Диляра Керимова, солист Государственной Академической Филармонии Фархад Алекперов, солистка симфонического оркестра имени Ниязи Лала Мухтарова, солистка Азербайджанского государственного камерного оркестра имени Кара Караева Лейла Керимова, ученик школы-студии при БМА Теймур Кязимов, а также студенты и выпускники БМА -  Алмаз Шахбазлы, Айсель Гусейнзаде, Элияр Алиев, Лейла Джавадова, Камилла Иманова, группа BeatBlast, (Марьям Велиева (вокал), Али Талыбов (ф-но), Аян Мамедова (виола), Джавидан Расулов(саксофон), Фаик Ализаде(труба), Азер Сеферзаде (ударная установка), Марк Зинченко (бас-гитара).Мероприятие посетил Чрезвычайный и Полномочный Посол Российской Федерации в Азербайджанской Республике М.Н.Бочарников, представители дипломатических корпусов, общественных, молодежных организаций, научных и образовательных учреждений, деятели культуры Азербайджана, соотечественники и представители бизнес сообщества.

    Концерт прошел при полном аншлаге, публика бурными овациями встречала каждое музыкальное произведение. Во время исполнения любимых песен зрители, не сдерживая эмоций, подпевали музыкантам.