• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 iyun 2022-ci il

     2022-ci il 14 aprel tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə “ON1000”

    - Tələbə Gənclər Təşkilatlarının təhsil müəssisəsi daxili fəaliyyətlərinin stimullaşdırılması, institusional baza və koordinasiyalı fəaliyyətin formalaşdırılmasına dəstək” layihəsi çərçivəsində tələbələrin iştirakı ilə “Yaşat” xeyriyyə konserti keçirilib.

    Konsertin keçirilməsində məqsəd tələbələrin mənəvi-əxlaqi və mədəni həyatda iştiraklarını artırmaqdır. Eyni zamanda gənclərin özlərinin iştirakı sosial aksiyaların miqyasını və orada iştirak edənlərin kütləviliyini artırmaqla, onlarda humanizm və milli-mənəvi dəyərlərə hörmət hissini aşılamaq, təbliğ etmək, sosial aksiyaların müdafiəyə ehtiyacı olan tələbələrə yardım etməkdir. 

    Qeyd edək ki, Konsert çərçivəsində toplanan ianələr Bakı Musiqi Akademiyasında təhsil alan aztəminatlı ailələrdən olan tələbələrə təqdim ediləcəkdir.