Bəhmənli Rauf Bəhram oğlu
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 20.03.1967.
Təhsili: 1982-1986 – S.Hacıbəyov adına Sumqayıt Orta ixtisas Musiqi məktəbi, “xalq çalğı alətləri” şöbəsi, tar ixtisası (fərqlənmə diplomu ilə bitirmişdir); 1991-1996 – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (o zaman Azərbaycan Dövlət Konservatoriyası), “xalq çalğı alətləri – tar” fakültəsi, ifaçı və müəllim ixtisası.
Pedaqoji fəaliyyəti: 1986-1989 – Azərbaycan Mədəniyyət Nazirliyinin təyinatına əsasən Ü.Hacıbəyli adına Ağcabədi şəhər İncəsənət məktəbində tar ixtisası üzrə müəllim; 1994-1997 – Bakının Qaradağ rayonu 28 №-li Uşaq Musiqi məktəbində tar ixtisası üzrə müəllim; 1997-1999 – Y.Rüstəmov adına 16 №-li Bakı Peşə Liseyində Musiqi müəllimi; 1999-2014 – Ə.Kazımov adına tam orta məktəbdə Musiqi müəllimi.
Elmi fəaliyyəti: 2014-2015 – Azərbaycan Milli Konservatoriyası “Milli musiqinin tədqiqi” elmi tədqiqat laboratoriyasında elmi işçi; 2015-ci ildən hal-hazıra kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır.
2018-ci il 30 oktyabr tarixində “Sənətşünaslıq üzrə fəlsəfə doktoru” elmi adını almaq üçün “Azərbaycan xalq rəqslərinin ritmik xüsusiyyətləri” adlı dissertasiya işini müdafiə etmiş və 11.02.2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın “Sənətşünaslıq üzrə fəlsəfə doktoru” diplomunu almışdır.
2015-ci il (sentyabr) İtaliyanın Verona şəhərində keçirilən “IX Beynəlxalq Türk mədəniyyəti, incəsənəti və mədəni irsin qorunması”na həsr olunmuş simpozium; 2018-ci il (oktyabr) Türkiyənin Bodrum şəhərində “IV.Uluslararası müzik ve dans kongresi”; 2019-cu il (aprel) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə UNESCO tərəfindən elan olunan 23 aprel – “Ümumdünya kitab və müəlliflik hüququ günü”nə həsr olunmuş “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans; 2019-cu il (oktyabr) Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən “Azərbaycan milli nəfəs alətlərinin təbliği və tədqiqi” mövzusunda elmi-praktiki konfrans; 2019-cu il (dekabr) Bakı Xoreoqrafiya Akademiyasının görkəmli rəqs ustası, Azərbaycan Respublikasının xalq artisti Əminə Dilbazinin 100 illik yubileyinə həsr etdiyi elmi sessiya; 2020-ci il 6 noyabr tarixində “Mədəni Əlaqələr İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəstəyi ilə onlayn qaydada keçirilən “Azərbaycan musiqisinə qarşı aparılan işğalçılıq siyasətinə dair” beynəlxalq konfrans-konsert; 2021-ci il (mart) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən “31 mart Azərbaycanlıların Soyqırım Günü”nə həsr edilmiş “Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı” mövzusunda onlayn qaydada keçirdiyi Respublik elmi-praktiki konfrans; 2021-ci il 29-30 aprel tarixində Ü.Hacıbəyli adına BMA tərəfindən “Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində” onlayn qaydada keçirilən “Etnoorqanologiya: Aktual promlemlər və vəzifələr” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans; 2021-ci il (may) Türkiyənin Çeşme şəhərində “VII.Uluslararası müzik ve dans kongresi”.
Elmi nəşrləri:
Məcmuələr;
1. Bəhmənli R.B. Azərbaycan xalq rəqsləri. Bakı, “Adiloğlu”, 2002, 157s.
2. Bəhmənli R.B. Azərbaycan yallıları. Bakı, “Mütərcim”, 2018, 137 s.
3. Bəhmənli R.B. Azərbaycan qaytağı rəqsləri. Bakı, “Mütərcim”, 2019, 72s.
4. Bəhmənli R.B. Ermənilərin saxtalaşdırdığı Azərbaycan xalq rəqsləri. Bakı, “Elm və təhsil”, 2020, 88 s.
5. Bəhmənli R.B. Azərbaycan cəngi rəqsləri. Bakı, “Şərq-Qərb”, 2021, 64 s.
6. Bəhmənli R.B. Azərbaycan gəlin havaları. Bakı, “Elm və təhsil”, 2021, 36 s., (əlavə CD-disk)
7. Bəhmənli R.B. Azərbaycan qədim rəqs havaları. Bakı, “Şərq-Qərb”, 2021, 672 s.
“Musiqi dünyası”, “Müasir Mədəniyyətşünaslıq”, “Konservatoriya”, “Sənət Akademiyası”, “Naxçıvan”, “Mədəniyyət”, “Dədə Qorqud” və s. kimi nüfuzlu jurnallarda və elmi toplularda 20-ə yaxın elmi məqaləsi nəşr edilmişdir.