• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ü.Hacıbəylinin virtual muzeyi

     

    Azərbaycanin musiqi mədəniyyəti1

    Azərbaycan incəsənəti dekadasi qarşısında 

    Aşıqlar Azərbaycanda incəsənətin yeni, sosialist mündərəcəsini ən tez duyub mənimsəyən və bunu öz gözəl, orijinal mahnılarında ustalıqla əks etdirən musiqiçilər olmuşlar.

    Aşıqlar kütlə tərəfindən ən çox sevilən əsil xalq müğənniləridir. Onlar həyatın yeni, inqilabi məzmununu böyük həvəslə mənimsəyir, ona xalq üçün doğma olan bədii forma verirlər.

    İnqilabdan əvvəlki burjua və xırda burjua cəmiyyətinin musiqi-estetik zövqünü ən'ənəvi musiqinin «müasir biliciləri», dinləyicilərdə nəş'ə və riqqət oyatmağı bacaran müğənnilər—sazandalar oxşamışdır. Sazandalar «bədəvi» kəndlilər hesab edilən aşıqları şəhərlərdən və iri kəndlərdən sıxışdırıb çıxarmışdı. Aşıqlar ancaq xəlvəti, ucqar kəndlərdə çıxış edə bilərdilər. Aşıq sənəti ölməkdə idi.

    Lakin belə olmadı. Azərbaycanda qızğın sinfi mübarizə bolşeviklər partiyasının, fəhlə sinfinin qələbəsi ilə nəticələndi. Azərbaycan Sovet respublikası oldu. Aşıq azad nəfəs ala bildi. Ona diqqət və qayğı ilə yanaşıldığını görüb ruhlandı və öz sənətini yeni həvəslə inkişaf etdirməyə başladı.

    1926-cı ildə2 Azərbaycanda aşıqların birinci qurultayı çağırıldı. Aşıqları çoxdan unudan və onların sənəti haqqında təsəvvürləri olmayan adamlar aşıq mahnılarının təravətinə, forma və məzmun gözəlliyinə valeh oldular. Azərbaycanın paytaxtında aşıqlar son dərəcə böyük müvəffəqiyyət qazandılar. O gündən e'tibarən onların fəaliyyət dairəsi olduqca genişləndi. Aşıqlar Azərbaycan sosialist respublikasının bütün şəhərlərinin əziz qonağına çevrildi.

    Ölkənin böyük qələbələrindən ruhlanan, zəmanəmizin bütün ictimai-siyasi hadisələrinə həssas yanaşan aşıqlar yeniliklərə fəal münasibət bəsləyir, hər bir hadisəni, hər bir qələbəmizi ilhamla tərənnüm edirlər. Azərbaycan aşıqlarının repertuarında Leninə, proletar inqilabına, kolxoz quruculuğuna, qütb uçuşlarına, Ali Sovetə seçkilərə, staxanovçulara, beynəlxalq hadisələrə həsr olunmuş çoxlu mahnılar vardır.

    Azərbaycan bəstəkarlarının əsərlərinə aşıqların böyük tə'siri olmuşdur. Məıim yazdığım «Koroğlu» operası əsasən aşıq sənəti əsasında qurulmuşdur. Mirzə, Əsəd, Avak, Məmməd kimi aşıqlar xalq arasında böyük şöhrət qazanmışlar.

    İnqilab illərində Azərbaycanın bütün musiqi mədəniyyəti inkişaf etmişdir. Çarizm və müsavatçılar dövründə bütün Azərbaycanda yalnız bir musiqi məktəbi (Bakıda) var idi. Yüzlərlə şagird içərisində cəmi 3—4 azərbaycanlı tapmaq olardı. İndi respublikamızda konservatoriya və altı musiqi məktəbi vardır; həmin məktəblərdə minlərlə Azərbaycanlı təhsil alır.

    Musiqi məktəblərimizin hamısında not sistemi və muğamat üzrə xalq çağlı alətləri şö'bəsi vardır. Millətçi «musiqişünaslar» sübut etməyə çalışırdılar ki, xalq çalğı alətlərini not üzrə çalmaq və xalq mahnılarını mövcud not sisteminə salmaq mümkün deyildir; lakin bizdə musiqi təhsili görmuş tarzənlər, kamança, balaban və s. çalanlar yetişmişdir. Bakıda gənc dirijor S. Rüstəmovun rəhbərliyi altında həmin musiqiçilərdən ibarət xalq çalqı alətləri orkestri yaradılmışdır.

     Aprelin 5-də Moskvada açılacaq Azərbaycan incəsənəti dekadası zamanı paytaxt tamaşaçıları həmin orkestrla tanış ola biləcəkdir; orkestr «Arşın mal alan» musiqili komediyasını ifa edəcəkdir.

    İ. İoannesyanın rəhbərlik etdiyi xalq çalğı alətləri orkestri də dekadada iştirak etmək üçün Moskvaya gəlmişdir. Bu orkestr dekadanın son konsertində çıxış edəcəkdir. Onun proqramına bir sıra müstəqil nömrələr daxildir. Bundan əlavə, orkestr ayrı-ayrı rəqs nömrələrini də müşayiət edəcəkdir.

    Azərbaycanda Dövlət xorunun yaradılması və xor sənətinin inkişafı respublikanın sovet musiqi mədəniyyətinin böyük nailiyyətidir. Dövlət xorunun 100-dən artıq iştirakçısı vardır, bunların əksəriyyəti Azərbaycanlı qadınlardır. Bu, böyük siyasi və mədəni əhəmiyyəti olan bir faktdır. Xorun repertuarına qədim xalq və müasir sovet mahnıları daxildir.

    Musiqi həyatımızda digər mühüm hadisə ilk azərbaycanlı balerina Qəmər Almaszadənin rəhbərliyi altında xalq rəqsləri ansamblının yaradılmasıdır. Ansamblın 42 nəfəri birləşdirən bütün hey'əti dekadada iştirak edəcəkdir.

    Musiqi folkloru sahəsində aparılan elmi iş İncəsənət İdarəsi yanındakı musiqi kabinetində mərkəzləşdirilmişdir, həmin işə respublikanın əməkdar artisti, ordenli Bülbül başçılıq edir. Hazırda musiqi kabineti mahnı materiallarını toplamaqla məşğuldur. Artıq toplanmış materialların mümkün qədər tez çap olunması üçün hər vasitədən istifadə etmək lazımdır. Xüsusən aşıq mahnıları geniş nəşr olunmalıdır.

    Hazırda Azərbaycan sovet operalarının yaradılmasında böyük müvəffəqiyyətlər əldə edilmişdir. Azərbaycanın sovetləşməsindən sonra üç böyük opera yaradılmışdır: respublikanın xalq artisti Qlierin «Şahsənəm» operası, əməkdar iıcəsənət xadimi, mərhum M. Maqomayevin «Nərgiz» operası və mənim yazdığım «Koroğlu» operası. Dekada zamanı paytaxtın tamaşaçıları həmin operaların məziyyətləri və qüsurları haqqında fikir söyləmək imkanına malik olacaqlar. Lakin bir şey aydındır ki, köhnə Azərbaycan operalarından fərqli olaraq, bu operaların ifadə formasında milli məhdudiyyət yoxdur. Mövzu etibarilə Azərbaycan operaları olan bu əsərlər hər bir tamaşaçı tərəfindən aydın başa düşülür.

    Lenin milli siyasəti xalqların formaca milli və məzmunca sosialist mədəniyyətinin çiçəklənməsi üçün hər cür şərait yaratmışdır. Azərbaycan incəsənəti işçilərinin Moskvaya gəlişi SSRİ xalqları arasında sıx dostluğun yeni nümayişidir. Biz buraya öz nailiyyətlərimizi Sovet İttifaqının paytaxtına, partiya və hökumətimizin rəhbərlərinə göstərmək üçün gəlmişik.

    Şübhə etmirik ki, dekada Azərbaycan musiqi mədəniyyətinin daha artıq tərəqqi etməsinə kömək edəcəkdir.

     


    1.Məqalə «Pravda» qəzetinin 1938-ci il 1 aprel tarixli nxmrəsində dərc olunmuşdur. Rus dilindən tərcumədir.
    2. Burada səhv getmişdir. Azərbaycan aşıqlarının birinci qurultayı 1928-ci il mayın 5—7-də olmuşdur.