• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Ü.Hacıbəyov. Bir xanım әfәndinin bizlәrә һüsni-tәvәccöһü.

    «Hәyat», 10 sentyabr 1905,. № 62.

    «Peterburqskiye vedomosti» qәzetinin 210-cu nömrәsindә rusca bilәn qarelәrimizә ismi mә'lum Maqda Neyman xanım Qafqaz müsәlmanları barәsindә öz rә'yini yalandan adlanmış bir «qoca administrator»un dili ilә rus camaatına izһar edir.

    Maqda Neyman xanım deyir ki:

    «— Mәnim rә'yimә gәlincә, әsrlәrcә şәhavәt vә sui-rәftar üzrә güzәran edәn vә bundan naşi zatәn sәqi vә şәrir olan Teymurlәng ordusu nәslini (yәni biz türklәri) Şimali Amerikanın «qırmızı dәri» vәһşilәrini — mәdәnilәşdirmәk namümkündür... Bizim müһәrrirlәrin bә'zisi iqnaiyyәt izһar edәndә ki, guya mәrifәt, elm vә әdәb ilә Zaqafqaziya türklәrinin xülq vә xasiyyәtlәrini tәbdil edәrәk, onları rus mәdәniyyәtinә tәrfi etmәk olar, onda mәnim gülmәyim tutur. Әcәba, bu yırtıcıların tәbiәti-cinsiyyәsinә mәdәniyyәtin bir tә'siri olarmı?»...

    Görürsünüz Maqda Neyman xanım nә dәrin mә'nalı sözlәr deyir?! Xanım çox fikir vә zikirdәn sonra yә'qin etmiş ki, biz türk tayfasına mәdәniyyәt vә mә'rifәt bilmәrrә әsәr etmәz. Әcәba, bu bir tazә kәşfiyyat deyilmi? Xeyr a!... Cәsarәt edib deyә bilәrәm ki, xanım sәһv edir. Necә ola bilәr ki, әdalәtli olan һәqq sübһanәһü vә taala tәk bir türk tayfasını yaradanda onun xәmirәsindә iste'dad qoymayıb, binәva türklәrin xislәt vә tәbiәtlәrini qabili-mәdәniyyәt vә mә'rifәt yaratmaya? Bu ola bilmәz, Xanım, һaşa! Olsa da sizin һeç bir һaqq vә sәlaһiyyәtiniz olmaz ki, bu surәtdә bәdbәxt türklәri müqәssir tutasınız. Çünki allaһın işinә bәndә nә qayırsın?! Yox! Yenә tәkrar edirәm ki, allaһ taala adildir. Elә iş ondan baş vermәz. Vә belә olan surәtdә sizin bu dәrin mә'nalı sözlәrinizin—incimәyinizin һeç bir mә'nası gәrәk olmasın.

    Ola bilәr ki, Maqda Neyman xanım biz türklәrin mәdәniyyәt sarıdan һәqiqәtdә dә pәsmandәliyimizi nişan vermәk istәyirmiş. Ancaq qәrәzkaranә yazmağına görә һәqdәn kәnar düşmüşdür. O һalda dәxi biz deyәk ki, doğrudur, cümlә Qafqaz әһalisi bil'ümum vә biz türk tayfası baxüsus Avropa milәli-mütәmәddinәsinә nisbәtәn ümumiyyәt e'tibarilә yarımvәһşiyik. Ancaq burası nәzәrdә tutulmalıdır ki, avropalılar bu dari-dünyayә ana bәtnindәn mәdәniyyәtli һalda düşmәmişlәr. Bәlkә, әsrlәrcә ömr edәrәk, mәdәniyyәt tәriqini tapıb, ondan bәһrәyab olmuşlar.

    Biz türk tayfası dәxi әsrlәrcә ömr etmişiksә dә mәәttәәssüf, kәnardan biruz edәn sәbәblәrә bina raһimәdәniyyәti tapa bilmәyib, sәrgәrdan qalmışdıq. Әlһal, lillaһil һәmd vәlminnә, işıq qapısı üzәrimizә açılmaqdadır. Biz türk tayfası әl-әlә verib, cümlәmiz mәdәniyyәt vә mә'rifәt sarayına daxil olmağa amadәyik. Çifayda, bә'zi fasid vә mәfsud şәxslәr belә bir fürsәtli һәngamda bizlәrә xәlәl yetirir, öz mә'siyәtli vә qәbaһәtli qәsd vә niyyәtlәrinә nail olmaq üçün biz әtşan tayfanın mәdәniyyәt bulağından su içmәyimizә mane olurlar.

    Qәrәz, gәlәk mәtlәb üstünә. Türklәrin elm vә әdәb әxz etmәyә naqabil olduqlarını sübut etmәk üçün Maqda Neyman qarelәri inandırır ki, (bilmirәm kim ona inanar!) türk tayfası 500 il öz һәmdin iranlıların tәһti-һökumәtindә güzәran keçirdilәrsә dә, onlardan һeç bir şey әxz edә bilmәdilәr.

    Nә deyim! Haqq-taala mәnә bir şairlik әta buyurmuş olsaydı, xanımın kәşfiyyatında belә bir mәһarәtinә gözәl nәzmlәr ilә bir mәһdnamә yazardım. Hörmәtli xanım, kitab oxumaqla Qafqaz türklәrinin һal vә övzaından vüqufiyyәti-külli һasil etmәk olmaz. Vә oxuduğunuz cәfәngiyatı dәstaviz edәrәk, belә әһәmm mәsәlәlәrdәn mübaһisә etmәklә özünüz һeç, darüssәltәnәdә intişar olan «Peterburqskiye vedomosti» kimi bir böyük cәridәni bәdnam edirsiniz. Nә qayırdığınızdır? Mәgәr, İranın bir şeyi qalmışdı ki, Qafqaz türklәri onu әxz etmәmiş olalar? Türkmi Firdovsiyә, Hafizә nәzirә etmiyor? Türkmi fars dilini öz mәxsusi dili tәk iste'mal etmiyor? Türkmi tәrzi-mәişәtindә, güzәranında, adәt vә әrkanında, xülq vә xasiyyәtindә iranlıdan seçilir? Hәrgaһ siz 30 il bundan әqdәm, qәflәtәn, Zaqafqaz şәһәrlәrinin birinә düşsәydiniz, inandırıram sizi, bilmәzdiniz ki, rus torpağındasınız, yainki Qәzvin şәһәrindә? Әcәba, siz güman edirsiniz ki, belә kizb vә yalan sözlәr ilә rus camaatını aldada bilәrsiniz?! Lövһәşalla! «o fikirdәn daşın, yaxşı olmaz bu һәdyan». Qәribә budur ki, Maqda Neyman xanım öz yazdığı yalanını özüdәcә aşikar edir. Bir tәrәfdәn camaatı inandırır ki, «Qafqaz türklәrinin elm, әdәb әxz etmәyә qabiliyyәtlәri yoxdur, onlar һәr bir tәrәqqi vә mәdәniyyәtin düşmәnidirlәr». Bir tәrәfdәn dәxi deyir ki, «axır zamanda türklәr dövlәtdәn tәlәb edirlәr ki, һüquq vә imtiyazatda nәsranilәrlә musavi olub, mәktәblәr güşad etmәyә һaqları olsun». Hәrgaһ türklәr elm vә mә'rifәtә zidd olsaydılar, mәktәb açmaq istәrdilәrmi? Türklәr «qırmızı dәri» vәһşilәr tәk olsaydılar «һaqq» lәfzini anlayardılarmı? Hüquqda müsavi olmağı tәlәb edәrdilәrmi? Hһeç nә... Görünür ki, xanımın qәlәm, mürәkkәb vә kağızı müftә imiş.

    Görәk sonra nә deyir.

    «Yaxşı olardı ki, bileydik, görәk onlar (türklәr) o mәktәblәrdә nә dildә dәrs verәcәklәr. Axı, onlar әsrlәrcә özlәrinә әdәbiyyat vә әdәbi dil icad edә bilmәdilәr? Siz deyirsiniz ki, onlar qәzetә nәşr vә kitab tәlif etmәk üçün fars vә Osmanlı dillәri ilә mәnfәәtbәrdar olarlar? Onda nә olsun. Bәs biz onların Osmanlı vә fars ilә ruһani müttәfiq olmalarına kömәk edәcәyik? Nә mәnzur ilә? İttiһadi-islam әһәmiyyәti üçünmü?»

    Qarelәrimizdәn tәvәqqә edirik ki, xanımın bu sözlәrinә artıq diqqәt yetirib düşünsün: Әcәba, xanım bilir ki, türk kimdir vә nә dildә danışır? Mә'lum ki, bilmir vә illa belә cәfәngiyatı bilәn adam yazarmı? Xanımın qulluğuna әrz olsun ki, türk dili әmәlә gәlir әrәb, fars vә mәһz türk dilindәn. Yә'ni türk dili ibarәtdir üç dilin bir-birinә qatışmasından. Ancaq xanım elә güman etmәsin ki, guya biz türklәr fars vә әrәb dilini dünәn öz mәһz türk dilimizә qatışdırmışıq. Xeyr! (biz vәһşi tayfayıq, bizdә o fәrasәt һanı)?! Әrәb vә fars dili min ildәn bәri türklәr arasında işlәndiyinә görә, әlһal, türklәrin öz ana dili olubdur2. Vә bunu da xanım bilsin ki, türklәr mәdәniyyәtin әn baş dәrәcәsindә dә olsaydılar yenә dә öz türk dilindәn әrәb vә fars әlfazını xaric edib, mәһz türk dilini vәsi'lәndirmәk üçün saxta sözlәr icad etmәzdilәr. Necә ola bilәrdi ki, bir turk alimi durub «ağıl» lәfzini tullayıb, әvәzindә (mәsәlәn) «baş dolu elәyәn» deyәydi. Görәk «ağıl» lofzәnin nәyi pisdir? Niyә rus «qaloş» lәfzinә «mokrostop» demir? Niyә ermәni «fәdai» әvәzinә bir ermәni sözü demir?... Bizim dilimiz sarıdan xanım arxayın olsun. Vә dilimiz ilә tanış olmaq istәyirsә, qәzetimizi mütaliә etsin.

    Yox, iş bizim dilimizin qeydindә olmaq deyil. Maqda Neyman xanım bizim dilimizdәn qorxur. Çünki ittiһadi-islam vüquә gәlәr. Mәrһәba bu dәqiqliyә, kәramәtli xanım! İnandırıram sizi, әbәs yerә tәşvişә düşürsünüz! Siz kimi şәxslәr min-min yerdәn baş qovzuyub «ittiһadi-islam» deyib qışqıra, yenә dövlәti qorxuda bilmәzsiniz. Çünki dövlәt bizi dә yaxşı tanıyır, sizi dә. Rusiyanın durbin şәxslәri çoxdur, siyasi işlәrdә maһir zәvati çoxdur, dәqiq kәslәri çoxdur, müttәle adamları çoxdur. Bunlar һamısı yәqin bilirlәr ki, türk tayfasının әn ümdә mәtlubi ruslarla müttәһid vә müttәfiq olmaqdır. «İttiһadi-islam» lәfzi dәxi gözübağlıcılıq һiylәsi ilә ortaya atılmış bimә'na sözdür vә bunu da xanım özü yaxşı bilir. Amma, әksinә, yazmaqda mәqsәd var. Bәs, Maqda Neyman xanım dedi ki, Qafqazın türklәri vәһşi vә yırtıcı һeyvan surәtindәdirlәr, onları elm vә mә'rifәt saһibi etmәk namümkündür. Çünki onların zatında elm ilә münәvvәr olunmaq qabiliyyәti yoxdur. Vә әlavә türklәri qoymamaq ki, fars vә әrәb dillәri ilә nәfibәrdar olsunlar vә illa «ittiһadi islam» vüqu olar... Bәs nә etmәli? Xanım cavab verir: Qafqaz türklәrinin cәmi bәyzadәlәri vә xanları quldur vә soyğunçudurlar. Zәһmәtkeşliklә işlәri yoxdur. Onların yerlәrini әllәrindәn alıb, rus müһacirlәrinә vә yainki Osmanlıdan qaçıb gәlәn ermәnilәrә vermәliyik. Özlәrini dәxi buraxmalı, o yol, o da onlar, qoy һara istәyirlәr getsinlәr. Vә qalanlarının da әslәһәsini alıb, һüququnu tәһdid edib, özlәrini dә һәr һalda (zinһar) sıxıb incitmәk... Düşündünüzmü qarelәr, ürәyi nazik xanımın qәsdi nәdir? Biz türklәri vәһşi һeyvan mәnzilәsindә tutaraq, rәftar etmәk.

    Әcәba, һansı әһli-insaf belә dәһşәtli sözlәrdәn nifrәt etmәz? O sözlәri yazandan ictinab etmәz?

    Bәdbәxt türklәr! Böһtan, kizb vә iftira altında qol çalan türklәr! Biinsaf vә bimürvәt vә bivicdan müһәrrirlәr qәlәminin oynağı olmuşsunuz. Hәr әli qәlәm tutan sizin barәnizdә bir iftira yazmasa olmaz! Әcәba buna sәbәb nәdir? Qafqaz iğtişaşatıdırmı? Elә isә, genә bәdbәxt türklәr...