• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 may 2019-cu il

    Bakıda Azərbaycanın görkəmli bəstəkarları Soltan Hacıbəyovun 100, Ismayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş gənc musiqiçilərin respublika festivalına
    start verildi.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 14 may 2019-cu il tarixində Soltan Hacıbəyovun 100, İsmayıl Hacıbəyovun 70 İlliyinə həsr olunmuş (fortepiano və vokal nominasiyaları üzrə) gənc musiqiçilərin Respublika Festivalının açılışı oldu.
    Festivalda Azərbaycanın 16 şəhər və rayonlarından 160-a yaxın musiqiçi iştirak edəcək. Tədbirin özəlliyi ondan ibarətdir ki, iştirakçılar klassik əsərlərlə yanaşı hər iki bəstəkarın əsərlərini ifa etməlidirlər.
    İştirakçıların çıxışlarını BMA-nın rektoru, SSRİ-nin və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyətinə BMA-nın professorları – Nərminə Quliyeva, Tərlan Seyidov, Nəzakət Rimazi, Xuraman Qasımova, Elnarə Məmmədova, Ülviyyə Hacıbəyova və məktəb-studiyanın müəllimləri – Sevda Məmmədova, Ayşə Əliyeva, Nərgiz Mansurova daxildir.
    Festivalı giriş sözü ilə Fərhad Bədəlbəyli açdı. O, Hacıbəyovlar sülaləsinin, Soltan Hacıbəyov və oğlu İsmayıl Hacıbəyovun yaradıcılıqlarının Azərbaycan musiqi sənətinin inkişafında böyük rolundan danışdı, Müasiri olan İsmayıl Hacıbəyovla bağlı xatirələrini bölüşdü və bəstəkarın əsəslərini ifa etdiyini qeyd etdi. Daha sonra Azıərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək bəstəkarların yaradıcılığından, məktəb-studiyanın geniş fəaliyyətindən danışdı. Öz növbəsində professor Ülviyyə Hacıbəyova festivalın təşkilatçıları – professor Tərlan Seyidov və onun kollektivinə dərin minnətdarlığını bildirdi.
    Tədbirdə iştirak edən Züleyxa Qarayeva-Bağırova, Xuraman Qasımova, Alla Bayramova və digər görkəmli incəsənət xadimləri bu iki bəstəkarın əsərlərindən ibarət konserti böyük maraqla izlədilər. Konsertdə tanınmış musiqiçilər iştirak etdi – Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, Nəzakət Rimazi, Elnarə Kəbirlinskaya, Fəridə Məmmədova, Səbinə Əsədova, Töhfə Babayeva, Səidə Tağızadə, Soltan Məmmədova, Aleksey Miltıx, Vaxtanq İmanov, Ceyla Seyidova, Səbinə İbrahimova.
    Festival bir həftə davam edəcək. 20 may tarixində diplomların təqdimatı, laureatların yekun konserti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının Uşaq musiqi teatrının ifasında Soltan Hacıbəyovun “İsgəndər və çoban” uşaq operasının (Nizaminin əsəri əsasında) premyerası ilə festival sona çatacaq.

     

    В БАКУ СТАРТОВАЛ РЕСПУБЛИКАНСКИЙ ФЕСТИВАЛЬ ЮНЫХ МУЗЫКАНТОВ,

    ПОСВЯЩЁННЫЙ ЮБИЛЕЯМ КОМПОЗИТОРОВ – 100-ЛЕТИЮ

    СОЛТАНА И 70-ЛЕТИЮ ИСМАИЛА ГАДЖИБЕКОВЫХ

    14 мая 2019-го года в Большом зале Бакинской музыкальной академии имени Узеира Гаджибейли состоялось открытие республиканского фестиваля юных музыкантов (пианистов и вокалистов), посвящённого юбилею двух ярких представителей замечательной династии Гаджибековых – Солтана Гаджибекова и Исмаила Гаджибекова. Их творчество представят юные музыканты из 16 городов и районов республики.
    Для участия в фестивале было подано около 160-ти заявок. Юные музыканты будут исполнять классические произведения и в обязательном порядке произведения Солтана Гаджибекова и Исмаила Гаджибекова.
    Выступления участников будет оценивать профессиональное жюри, возглавляемое ректором БМА, народным артистом СССР и Азербайджана, профессором Фархадом Бадалбейли. В жюри вошли профессора БМА Нармина Гулиева, Тарлан Сеидов, Назакет Римази, Хураман Касимова, Эльнара Мамедова, Ульвия Гаджибекова и преподаватели школы-студии – Севда Мамедова, Айша Алиева, Наргиз Мансурова.
    Фестиваль открыл вступительным словом Фархад Бадалбейли. Он рассказал об огромном значении великой династии Гаджибековых в развитии музыкального искусства Азербайджана, подчеркнул большую роль творчества Солтана Гаджибекова и его сына Исмаила Гаджибекова. Поделился воспоминаниями об Исмаиле Гаджибекове – его современнике и о своём исполнении его произведений. Затем выступила секретарь Союза композиторов Азербайджана, профессор Земфира Кафарова. И с благодарственным словом к организаторам фестиваля – профессору Тарлану Сеидову и его коллективу обратилась профессор Ульвия Гаджибекова. Присутствовавшие на открытии Зулейха Караева-Багирова, Хураман Касимова, Алла Байрамова и многие видные деятели искусства тепло приветствовали концерт из произведений этих двух композиторов. В концерте приняли участие замечательные музыканты – Ульвия Гаджибекова, Гюльназ Исмайлова, Назакет Римази, Эльнара Кеберлинская, Фарида Мамедова, Сабина Асадова, Тофа Бабаева, Саида Тагизаде, Солтан Мамедова, Алексей Милтых, Вахтанг Иманов, Джейла Сеидова, Сабина Ибрагимова.
    По завершении концерта фестиваль начал свою работу прослушиванием юных вокалистов.
    Фестиваль продлится неделю. 20 мая состоится вручение дипломов, заключительный концерт лауреатов и премьера детской оперы Солтана Гаджибекова «Искендер и чобан» (по Низами) в исполнении Детского музыкального театра Средней специальной музыкальной школы-студии Бакинской музыкальной академии имени Узеира Гаджибейли.