• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 noyabr 2021-ci il

     24 noyabr 2021-ci ildə Müslüm Maqomayev adına  Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsinin 5 illik yubileyinə həsr olunmuş konserti keçirilmişdir.

    Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Naala Barateliyanın rəhbərliyi ilə Akademiyanın "Lumineux" vokal-xor ansamblı, həmçinin Respublika və Beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçüləri, dirijor Orxan Həşimovun rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin müşayiəti ilə BMA-nın  tələbələri Cəmalə Abdinzadə (piano), Osman Mustafazadə (violin), Əli Muradov (vokal) və Məktəb-Studiyasının şagirdi Teymur Kazımov (vokal) çıxış etmişlər.