• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Gülmira Fəxri qızı Qəhrəmanovanın “Məmməd Quliyevin xor əsərlərinin üslub xüsusiyyətləri” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında  sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

      

    27 may 2024-cü il saat 11:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən FD 2.36 Dissertasiya şurasında iddiaçı Gülmira Fəxri qızı Qəhrəmanova tərəfindən 6213.01 – “Musiqi sənəti” ixtisasında  sənətşünaslıq üzrə üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Məmməd Quliyevin xor əsərlərinin üslub xüsusiyyətləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirələcəkdir. Müdafiə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Konfrans zalında təşkil olunacaqdır.

    Tarix: 27 may 2024, saat 11:00

    Zoom proqramına qoşulmaq üçün aşağıdakı link vasitəsilə daxil olun:

    https://us02web.zoom.us/j/6769009462?pwd=amU4ZS9JUElMbnFiajhVeWIzNHV4dz09&omn=84327398445

    Müdafiənin identifikatoru: 676 900 9462

    Giriş kodu: 123456