“AZƏRBAYCAN VƏ XARİCİ MUSİQİ NÖMRƏLƏRİNİN SOLMİZASİYASI” I RESPUBLİKA MÜSABİQƏSİ
2025-ci il 25 oktyabr – 7 noyabr tarixlərində BMA-nın İxtisas musiqi məktəb-studiyasının təşəbbüsü ilə “Azərbaycan və xarici musiqi nömrələrinin solmizasiyası” I Respublika müsabiqəsi keçiriləcək. Bu müsabiqə Bakı Musiqi Akademiyası tərəfindən təşkil olunan Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş festival çərçivəsinə daxildir.
Müsabiqənin məqsədi gənc musiqiçilərin solfecio fənninə marağın oyadılması, ifadəli oxu bacarığının inkişaf etdirilməsi, üzdən oxu, dirijorluq qabiliyyətinin yüksəldilməsi, musiqi və ritm duyumunun, vokal-intonasiya etmə bacarığının inkişaf etdirilməsi, Azərbaycan məqamlarının daha dərindən mənimsənilməsidir.
Sözügedən müsabiqə uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri, o cümlədən orta və ali musiqi təhsil müəssisələrinin tələbələri üçün nəzərdə tutulub. Müsabiqə 4 kateqoriya üzrə 2 mərhələli şəkildə keçirilir. I mərhələ (seçim mərhələsi) videoçəkiliş əsasında baş tutacaq. II mərhələyə isə münsiflər heyətinin seçimi ilə hər kateqoriya (II – V , VI –VIII, IX – XI siniflər və I – IV kurslar) üzrə 20 iştirakçı buraxılacaq. Bu mərhələ canlı şəkildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək.
Bir çox müsabiqələrə ev sahibliyi etmiş Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyası nöbəti dəfə yeni layihə təqdim edərək Respublika üzrə gənc musiqiçilərin musiqi bilik və bacarıqlarının yüksəlməsinə xidmət edir.
![]() |
Lalə Dadaşova ikisəsli |
![]() |
Rəhilə Həsənova solfecio |