Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Tarix-nəzəriyyə fakültəsi yeni layihə elan edir!
“Xalq şairi, Heydər Əliyev ordenli Nəriman Həsənzadə 95” mövzusunda videoçarxların müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə Bakı Musiqi Akademiyasının bütün tələbələrinin iştirakı mümkündür.
Müsabiqədə seçilən ən yaxşı videoçarxlar Bakı Musiqi Akademiyasının saytında yerləşdiriləcək, həmçinin tələbələr fəxri fərman və pul mükafatı ilə təltif olunacaqdır.
Müsabiqə üçün təqdim ediləcək videoçarxlar Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilmədir. Videoçarxların son göndərilmə tarixi 25.04.2026.
MÜSABİQƏNİN ŞƏRTLƏRİ:
- Nəriman Həsənzadənin əsərlərindən kiçik şeir parçası seçilir;
- bu şeirə müvafiq musiqi əsəri (və ya onun epizodu) seçilir;
- şeir həmin musiqi parçasının fonunda səsləndirilir;
- videoçarxlar kreativ, 5 dəqiqəyə qədər olmalıdır;
- mənbə olaraq @nariman_hasanzada instagram səhifəsindən istifadə edə bilərsiniz.