“World Harmony” Beynəlxalq Gənc Musiqiçilər Müsabiqəsi
“World Harmony” Beynəlxalq Gənc Musiqiçilər Müsabiqəsinin keçirilməsi haqqında
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının 90 illik yubileyinə həsr olunmuş beynəlxalq festival çərçivəsində “World Harmony” Beynəlxalq Gənc Musiqiçi-İfaçılar Müsabiqəsi keçiriləcəkdir.
Müsabiqə 15–24 mart 2027-ci il tarixlərində baş tutacaqdır.
Müsabiqənin məqsədi istedadlı gənc musiqiçilərin, musiqi təhsili alan şagird və tələbələrin üzə çıxarılması və dəstəklənməsi, klassik musiqi ifaçılığına marağın artırılması, həmçinin səhnə çıxışı bacarıqlarının formalaşdırılmasıdır.
İştirak şərtləri:
Müsabiqədə uşaq musiqi məktəblərinin və incəsənət məktəblərinin şagirdləri, musiqi gimnaziyalarının şagirdləri, həmçinin musiqi kolleclərinin və ali təhsil müəssisələrinin tələbələri iştirak edə bilərlər. Müsabiqə 7 yaş kateqoriyası üzrə keçiriləcəkdir.
Məktəblilər üçün müsabiqə iki turdan, tələbələr üçün isə üç turdan ibarət olacaqdır. Tələbələr üçün nəzərdə tutulan üçüncü tur kamera orkestri ilə çıxışı əhatə edir.
Münsiflər heyəti və təşkilat komitəsi müsabiqənin əsasnaməsinə uyğun olaraq qalibləri (Qran-pri, I, II və III yerlər) müəyyən edəcəklər.
Müsabiqənin yekunları və mükafatlandırma mərasimi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının böyük zalında keçiriləcək təntənəli bağlanış mərasimində baş tutacaqdır.
Beynəlxalq müsabiqənin bütün iştirakçılarına sertifikatlar təqdim olunacaqdır.
Bütün suallarla bağlı elektron poçt vasitəsilə müraciət edə bilərsiniz:
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Əlaqə telefonu:
(+994 55) 779-20-11
Ünvan:
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
AZ1014, Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi, 98