17 iyun 2026-cı il
İyunun 16–17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsində bakalavr pilləsində təhsil alan musiqişünas tələbələrin buraxılış imtahanları keçirilib.
Buraxılış imtahanı komissiyasına Bakı Musiqi Kollecinin Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevinc Seyidova sədrlik edib. İmtahanlar yüksək təşkilatçılıq səviyyəsində keçib, tələbələrin nəzəri bilikləri, analitik düşüncə qabiliyyətləri və tədqiqat bacarıqları komissiya tərəfindən müsbət qiymətləndirilib. Buraxılış işlərinin müdafiəsi gənc musiqişünasların gələcək peşəkar və elmi fəaliyyətində əhəmiyyətli mərhələ olacağına, onların sonrakı nailiyyətləri üçün zəmin yaradacağına inam ifadə etmək imkanı verib.