19 iyun 2026-cı il
19 iyun 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının IV kurs tələbələrinin Dövlət İmtahanı keçirildi.
İmtahan prosesində Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar Mahmudova, imtahan komissiyasının sədri Sərdar Fərəcov, komissiyanın üzvləri - Ceyhun Allahverdiyev (Əməkdar incəsənət xadimi, kafedra müdiri, professor Ceyhun Allahverdiyev), Aydın Əzimov (Əməkdar incəsənət xadimi, professor), Nazim Mirişli (Əməkdar incəsənət xadimi, professor), Arzu Məmmədova (dosent), Aliyə Məmmədova (dosent), Gülnarə Məmmədova (dosent), Vüqar Camalzadə (dosent) iştirak etmişlər.
İmtahan zamanı tələbələrin bilik və bacarıqları üzrə əldə etdikləri nəticələr komissiya üzvləri tərəfindən qiymətləndirilmişdir.
Dövlət imtahanının nəticələri tələbələrin peşəkar hazırlıq səviyyəsini nümayiş etdirmiş, gələcək fəaliyyətləri üçün mühüm mərhələ olmuşdur.
Tələbələrimizi uğurla başa vurduqları dövlət imtahanı münasibətilə təbrik edir, gələcək yaradıcılıq və pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

