• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyul 2026-cı il

    Azərbaycan Milli Konservatoriyasında II kurs magistrantlarının "Musiqişünaslıq" və "Etnomusiqişünaslıq" ixtisasları üzrə Dövlət Yekun Attestasiyası keçirilmişdir.

    Dövlət Attestasiya Komissiyasına Ü. Hacıbəyli adına BMA-nın professoru, Musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova sədrlik etmişdir.

    Komissiyanın tərkibinə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyev, AMK-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, müəllim Gülnarə Mahafova daxil olmuşlar.

    Dövlət Yekun Attestasiyası zamanı magistrantlar təhsil müddətində qazandıqları nəzəri bilikləri, elmi-tədqiqat bacarıqlarını və peşə hazırlığını uğurla nümayiş etdirmişlər. Onlar komissiya üzvlərinin suallarını cavablandıraraq musiqişünaslıq və etnomusiqişünaslıq sahələrində müasir elmi yanaşmalara bələd olduqlarını göstərmişlər.

    Dövlət Yekun Attestasiyası mövcud qaydalara və akademik tələblərə uyğun, yüksək təşkilatçılıq şəraitində keçirilmiş və uğurla başa çatmışdır.