• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 noyabr 2020-ci il

    English Clubs haqqında məlumatlandırıcı görüş

    11 noyabr 2020-ci il tarixində British Council tərəfindən elan olunan Creative Spark proqramı çərçivəsində 2020/21-ci tədris ilində Bakı Musiqi Akademiyasında təşkil ediləcək İngilis dili klubları haqqında tələbələrlə məlumatlandırıcı onlayn görüş keçirilib.

     Görüşdə Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova və İngilis dilini BMA tələbələri üçün tədris edəcək müəllim, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin müdiri, AZMİU-da Creative Spark proqramının meneceri Türkan Əliyeva iştirak ediblər. Video-görüş BMA-nın Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Zülfiyyə Şəfiyevanın moderatorluğu ilə keçirilib.

     Görüş zamanı English Clubs haqqında tələbələrə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

     Qeyd edək ki, Bakı Musiqi Akademiyasında English Clubs 6 ay davam edəcək və 20 tələbəyə ödənişsiz ingilis dili tədris olunacaq.