• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 avqust   2021-ci il

    17 avqust 2021-il  tarixində Bakı şəhərində yerləşən “Rus evində” görkəmli Azərbaycan  musiqiçi Müslüm Maqomayevin doğum gününə həsr olunmuş konsert tədbiri keçirildi.

    Tədbir çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina Müslüm Maqomayevin Azərbaycan və rus musiqi mədəniyyətinin inkişafına verdiyi əhəmiyyətli töhfəni danışdı. Tədbirin konsert hissəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Emil İsmayılov, Nailə Xasiyeva, Bahar Məmmədova, Gülzar Hüseynova və BMA-nın baş müəllimi  Alyona İnyakina çıxışları ilə təqdim edilmişdir. Onların ifasında Müslüm Maqomayev və Tamara Sinyavskayanın repertuarından mahnılar səslənmişdir.

    https://mir24.tv/news/16471022/orfei-azerbaidzhana-muslimu-magomaevu-segodnya-ispolnilos-by-79-let

    https://azertag.az/ru/xeber/V_RIKC_sostoyalsya_tvorcheskii_vecher_posvyashchennyi_79_letiyu_Muslima_Magomaeva-1855583

    https://www.trend.az/life/culture/3470940.html

    https://news.day.az/culture/1370750.html

    https://novayaepoxa.com/v-baku-otmetili-79-letie-so-dnya-rozhdeniya/384229/

    https://news.myseldon.com/ru/news/index/256452233