• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 dekabr 2022-ci il

    9 dekabr 2022-ci il tarixində YAP Nəsimi rayon təşkilatının qərargahında  Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.  

    Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra  Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan mərasim Azərbaycan Ulu öndərin anım gününə həsr edilmiş video-çarxın nümayişi ilə davam etdirildi.  

    Tədbirdə YAP Nəsimi rayon təşkilatının  sədri cənab Azər Süleymanov, YAP Veteranlar Şurasının üzvü, 91-lərin nümayəndəsi, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə çıxış etdilər.  

     Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri: Nigar Əliyeva, Fidan Əliyeva, Nurdan Hüseynzadə, İsmayıl Əsədli, Günay Heydərova  iştirak etdilər.