• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 aprel 2023-cü il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 26-27 aprel 2023-cü il tarixlərində  keçiriləcək “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Heydər Əliyevin rolu” adlı Respublika elmi-praktiki  konfransı, 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  29 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə  həsr olunmuşdur.   

    Konfransdan öncə Ü. Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının  əməkdaşları Xalqımızın xilaskar oğlunun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gedərək, Ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri  qoyaraq, Ulu Öndərin xatirəsini ehtiramla andılar.

    Sonra  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anıldı.     

    Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində elmi-tədqiqat laboratoriyasının əməkdaşları, laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə,  Xalq artisti, professor R.Quliyev, Xalq artisti, dosent Z.Məmmədova, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor A.Əsədullayev, BMA-nın Həmkarlar İttifaqının sədri, pedaqoqika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim,  dosent  Aqil Qafulov və başqaları iştirak etdilər. 

     

    Mehparə Rzayeva

    dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru,

     aparıcı elmi işçi.