• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 oktyabr 2023-cü il

    Erasmus Student Network Azerbaijan tərəfindən 29 oktyabr 2023-cü il tarixində Əcnəbi tələbələr üçün ESN4CULTURE:Azerbaijani Culture and Art Festival keçirilmişdir. Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələri Shirley Cheyung (Fortepiano hazırlıq kursu, ABŞ) və Vafa Abrishami (Musiqişünaslıq musiqi texnoloqiyaları magistr 1 ci kurs İran ) iştirak etmişlər. Erasmus Student Network Azerbaijan tələbələri Respublikanın  ali məktəblərində təhsil alan əcnəbi tələbələri Azərbaycan mədəniyyəti,musiqisi və Azərbaycan milli yeməkləri ilə tanış etmişlər.