3 iyul 2025-ci il
3 iyul 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının yaranmasının 32-ci ildönümü qeyd olundu.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ardınca dövlət himni səsləndirildi.
Sonra partiyanın keçdiyi şərəfli yoldan bəhs edən videoçarx nümayiş olundu.
Tədbirdə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş inkişaf siyasəti Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulandı.
Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üzrə YAP təşkilatının sədri professor Mina Hacıyeva tədbirdə yaxından iştirak etmişdir.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatdı.
Sonra tədbir bədii hissə ilə davam etdi.
Mərasimdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kvarteti (Kənan Məmmədzadə, Ləman İsmayılova, Cəmilə Eralp, Ülviyyə Mustafazadə) və vokal ifaçısı Rauf Məmmədzadə rəngarəng konsert proqramı ilə çıxış etdilər.
Onu da vurğulamaq istərdik ki, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ictimai-siyasi həyatında yüksək fəallıq göstərdiyi üçün Təşəkkürnamə təqdim edilmişdir.