• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 noyabr 2025-ci il

    7 noyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Elmi Cəmiyyəti (sədr: sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva) İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Zəfərin 5 illiyinə həsr olunmuş “İlhamlı qələbə” adlı tədbir keçirmişdir.
    Konfrans-tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və tələbələrin çıxışlarına keçid verildi.
    Tədbir çərçivəsində İkinci Qarabağ müharibəsinin möhtəşəm qələbəsinə həsr olunmuş maraqlı video-slayd nümayiş etdirildi. Tələbələrin məruzələri zamanı təqdim olunan video-görüntülər tədbirə xüsusi emosional təsir və rəngarənglik qatdı.
    Tədbirdə “Tarix-nəzəriyyə” fakültəsinin tələbələri —
    Rəfizadə Ayşən (“Qarabağ Azərbaycandır”),
    Mustafayeva Neyjən (“Qarabağ məktəbinin görkəmli musiqiçiləri”),
    Məmmədova Nəzrin (“Azadlığa gedən yol”),
    Ağaməmmədova Nübar (“Düşmən həmləsinə qarşı mübarizə”),
    Hüseynova Dürnisə (“Unudulmayan tarix – Xocalı”),
    Əhmədova Gülcan (“Parlaq qələbəyə doğru”),
    Nəbili Nigar (“Qalib Azərbaycan”) çıxış etdilər.
    Məruzələrlə yanaşı, tədbirdə BMA-nın “Solo oxuma” kafedrasının (“İfaçılıq” fakültəsi) II kurs tələbəsi Şöhrət İsmayılov (müşayiət: A. Rəfizadə) A. Zeynallının “Ölkəm” romansını, “Fortepiano” fakültəsinin II kurs tələbəsi Ayşə Məmmədova isə Xocalı faciəsinə həsr etdiyi “Yarım qalan arzular” adlı kompozisiyanı ifa etmişdir.
    Tədbirdə həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri —
    Əliyeva Ayan (xanəndə),
    Hümmətov Nəriman (xanəndə),
    Baqdayev Musa (tar),
    Dünyamalıyev Əli (I kurs, kamança),
    Zərbəliyev Eldar (nağara) tərəfindən ifa olunan “Qarabağ şikəstəsi” səsləndirilmişdir.
    Tədbir professor-müəllim heyətinin və tələbələrin böyük marağına səbəb olmuş, sonda gur alqışlarla yekunlaşmışdır.