• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 aprel 2026-cı il

    Aprelin 16-da Almatıda, Kurmanqazı adına Qazax Milli Konservatoriyasında iki görkəmli  musiqi xadimi Axmet Jubanov və Yevgeni Brusilovskinin 120 illik yubileyi münasibətilə “Zaman, musiqi, mədəniyyət” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

    Konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası da layiqincə təmsil olunub.

    Plenar iclasda BMA-nın “Musiqi tarixi” kafedrasının müdiri Zümrüd Axundova-Dadaşzadə “‘Fərdi yol’: Cavanşir Quliyev müasir bəstəkarlıq mədəniyyəti kontekstində mövzusunda məruzə ilə çıxış edib. Musiqişünas çağdaş dönəmdə üslub anlayışı problemini araşdıraraq müddəalarını C. Quliyevin əsərləri timasalında əsaslandırıb. Milli üslubun XXI əsrdə mövcudluğunun belə şübhə altına alındığı bir dövrdə C.Quliyevin yaradıcılığının unikallığı xüsusi qabarıqlıqla ortaya qoyulub. Məruzədə həmçinin Axmet Jubanovun Üzeyir Hacıbəyli haqqındakı fikirlərinə yer ayrılıb. Qazax musiqi mədəniyyətinin görkəmli nümayəndəsinin O, yalnız Azərbaycan professional musiqisinin deyil,  o dövrdə formalaşmaqda olan digər milli mədəniyyətlərin də atası sayılmalıdır” — sözləri səsləndirilib. Bu iki dahinin tarixin taleyüklü məqamında eyni vəzifələri həll etməsi, aralarındakı dərin mənəvi bağlantının mövcudluğu vurğulanıb.

    Üzeyir Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva Avropasentrizmin mifləri və rifləri: Üzeyir Hacıbəylinin Koroğlu’ operası Qərb musiqişünaslığının güzgüsündə” mövzusunda çıxış edib. Tutarlı dəlillərə arxalanaraq, musiqişünas bəzi Qərb musiqişünaslarının “Koroğlu”ya dair qiymətləndirmələrinin əsassızlığını üzə çıxarıb. Hər iki məruzə  böyük maraqla qarşılanıb.