• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 aprel 2026-cı il 

    29 aprel 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin tədbiri keçirilib. Layihənin rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva olub.

    Tədbirdə böyük şairin zəngin poeziyası tələbələrin çıxışlarında müxtəlif aspektlərdən işıqlandırılıb,  məruzələr dinlənilib və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı təqdim olunub.

    Tədbir dinləyicilərin böyük marağına səbəb oldu.