30 iyun 2026-cı il
30 iyun 2026-cı il tarixində Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanaloqiya və akustika” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyevanın “Avrosentrizmin mifləri və tələləri: Üzeyir Hacıbəylinin “Koroğlu” operası Qərb musiqişünaslığının güzgüsündə” adlı seminarı baş tutdu.
Seminarda Kembric universitetinin professoru M. Florova-Uokerin “National in Form, Socialist in Content: Musical Nation-Building in the Soviet Republics ” adlı məqaləsi çərçivəsində Ü.Hacıbəylinin “Koroğlu” operasında nümayiş etdiyi milli musiqidən qaynaqlanan yaradıcılığ yeniliklərini avrosentrizm və ümumiyyətlə, ideoloji konstruksiya prizmasından təhlil etməsinin yanlışlığı dinləyicilərin nəzərinə çatdırıldı. Bu nöqteyi-nəzərin musiqi ictimaiyyətində rəğbət qazanmasının, metodoloji təmələ çevrilməsinin problem olduğu qeyd edildi.
Frolova-Uoker tərəfindən “tənqid obyekti kimi” bu operanın seçilməsi də səbəbsiz deyildi. Ü.Hacıbəylinin “Koroğlu” operası Sovet musiqisinin ən parlaq və orijinal musiqili-dram əsərlərindən biridir. Bəstəkar ona görə Stalin mükafatına layiq görülmüşdür. İmina xanim bu məqalədəki əsas problemlər kimi—Qərb mütəxəssislərinin həm nəzəri həm də ki, lazimi eşitmə təliminin kifayət qədər olmaması baxımdan Şərq musiqisinin anlamağda çətinlik çəkmələrini nəticədə milli ənənəli musiqiçinin eşitdiyini avropalının duya bilməməsi olduğunu göstərir. Beləliklə, onlar Ü.Hacıbəyov kimi dahi bəstəkarın daşıdığı vəzifənin miqyasını, onun yaradcılığında şərqlə-qərbin üzvü surətdə qovuşması fikrini tam olaraq qavraya bilmirlər.
İmina Əliyeva şərq musiqisinin təhlili zamanı musiqişünaslığın yeni istiqaməti olan, “koqnitiv təşkil edilən eşitmə qabiliyyəti” və “makro intonasiya sxemləri” kimi qabağcıl anlayışların ehtivasından ibarət Meta-dilin istifadəsinə ehtiyac olduğunu bildirir. O, bu zaman N.Qarbuzovun “musiqi eşitməsinin zon təbiəti” və E.Smitnovun “mənalandırma" konsepsiyalarının kəsişməsində yerləşən “Koqnitiv yanaşma üsulu”na əsaslanır. Məruzəçi 12 tonlu bərabər temperasiya sistemi daxilində Azərbaycan ladlarının intonasiya xüsusiyyətlərinin qorunub saxlanması və onlar arasında funksional əlaqələri Qarbuzov zon nəzəriyyəsində səs tonunun dəyişməsi ilə əlaqələndirdi. Seminarda Ü.Hacıbəylinin operasında həm milli muğamın, xarakterik aşıq harmoniyalarının, həm də avropa kanonunun, polifonik inkişaflı müstəqil melodik xəttlərin olduğu bir daha qeyd edildi.
BMA-nın elm və innovasiya məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmlər doktoru, professor Gülnaz Abdullazadə mövzu çərçivəsində qaldırılan nəzəri problemlərin önəmini vurğuladı. Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə əsrlər boyunca, müxtəlif sahələrdə davam edən Qərb-Şərq qarşıdurmasının müasir dövrdə xüsusən musiqi sahəsində daha aydın hiss olunduğunu qeyd etdi. Seminar əsnasında məruzəçiyə bir sıra marağlı suallar ünvanlandırıldı.
Əfəndiyev Ayxan
Elmi-tədqiqat laboratoriyasının elmi işçisi,doktorant

