• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 oktyabr 2026-cı il

    6 oktyabr 2026-cı ildə Bakı Musiqi Akademiyasında  tələbələrin növbəti iclası keçirildi.

    ​İclasda Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, fakültə dekanları Nəzmiyyə Abbaszadə, Nəzakət Rimazi və Gülzar Mahmudova, xarici tələbələrlə iş üzrə şöbə müdiri Röya Hüseynova, həmçinin şöbənin əməkdaşı Fatimə Məmmədzadə iştirak etdilər.

    ​Görüş zamanı gündəlikdə duran əsas məsələlər müzakirə olundu. 

    Xarici tələbələrin təhsil-tədris məsələləri, miqrasiya xidmətinin tələbləri, diplomların tanınması (nostrifikasiya) prosesinin vacibliyi, daxili intizam qaydaları müzakirə olundu. Eyni zamanda, tələbələri maraqlandıran suallar cavablandırıldı və fikir mübadiləsi aparıldı.

    Sonra tələbələrin fikirləri dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı. 

    Xarici tələbələrlə iş üzrə şöbə daim tələbələrlə sıx əlaqədə olub, keçirilən bu tip iclaslar vasitəsilə xarici tələbələrin problemlərinin həllinə, onlarla  ünsiyyətin gücləndirilməsinə dəstək olur.

    İclasın sonunda tələbələr Xarici tələbələrlə iş üzrə şöbə tərəfindən hazırlanmış xüsusi anket suallarını cavablandırdılar.