7 oktyabr 2026-cı il
Türk dünyasının musiqi irsi: ənənə və müasirlik kontekstində elmi dialoq
Türk xalqlarının zəngin musiqi irsinin öyrənilməsi, qorunması və müasir elmi yanaşmalar kontekstində tədqiqi musiqişünaslığın aktual istiqamətlərindən biridir. Bu baxımdan, 6-7 oktyabr 2026-ci il tarixində Ankarada ilk dəfə keçirilən "Türk dünyasında musiqi: keçmişdən gələcəyə, lokaldan qloballaşmaya" adlı beynəlxalq simpozium türk xalqlarının musiqi mədəniyyətinin müxtəlif aspektlərinin müzakirəsi, elmi təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə görə əhəmiyyətli elmi platforma kimi diqqəti cəlb edir. Beynəlxalq simpozium Türk dövlətlərində böyük maraq doğurmuş və həmin tədbirə 5 Türk ölkələrindən – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin aparıcı və tədqiqat araşdırmaları ilə tanınan musiqişünaslar qatılmışdılar. Həmin tədbir Ankaranın Kültür Klübu Dərnəyinin (Assosiasiya) Baş katibi Mətin Özaslan, Ankara Kültür Mərkəzinin müdirliyi və Hacettepe Universitetin Ankara Konservatoriyasının professoru Cenk Qüray tərəfindən çox yüksək səviyyədə təşkil olunmuşdur. Konfransın təşkilatçılığında tərəfdaş kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Qadınları İctimayi Birliyi çıxış etmişdir. İki gün ərzində yüksək elmi səviyyədə davam edən bu mötəbər tədbirdə olduqca maraqlı və dəyərli məruzələr dinlənilmişdir. Müxtəlif Türk dövlətlərindən gələn qonaqlar sırasında Azərbaycandan – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və innovasiyalar üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru, professor Gülnaz Abdullazadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının müdiri, fəlsəfə doktoru (PhD), dosent, “Tərəqqi” medalınin mükafatçısı Nuridə İsmayılzadə, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, Əməkdar müəllim, fəlsəfə doktoru (PhD), professor Könül Nəsirova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutun “Musiqi folkloru” şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor İradə Köçərli, AMK-nın dosenti Mehri Əsədullayeva, AQRC-nin sədri Bahar Qasımova və onun müavini Vəfa Abbasova iştirak etmişdilər.
Qazaxıstandan gələn qonaqların sırasında Kurmanqazı adına Qazax Milli Konservatoriyasının “Musiqişünaslıq və Bəstəkarlıq” kafedrasının professoru, sənətşünaslıq doktoru Saule Uteqaliyeva, baş müəllimi (PhD) Zülfiyə Kasimova, Kurmanqazı adına Qazax Milli Konservatoriyasının “Musiqişünaslıq və bəstəkarlıq” kafedrasının (PhD), professor Aizada Nusupova, Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının “Musiqişünaslıq və bəstəkarlıq” kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülmira Musaqulovanın adlarını qeyd etmək lazımdır.
Qırğız Respublikasının Milli Elmlər Akademiyasının akademiki, texniki elmləri doktoru, professor, Avrasiya Beynəlxalq Universitetinin təsisçisi, Kubanıçbek Jumaliyev, Qırğız Respublikası Prezidenti yanında Qırğız Respublikasının Milli Elmlər Akademiyasının Ənənəvi Mədəniyyət və İncəsənət Elmi-Tədqiqat Mərkəzinin müdiri, sənətşünaslıq doktoru, professor, Qırğız Respublikasının Xalq artisti, Toktoqul adına Dövlət Mükafatı laureatı Roza Amanova, Qırğız Respublikası Prezidenti yanında Qırğız Respublikasının Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat Mərkəzinin Ənənəvi Mədəniyyət və İncəsənət şöbəsinin müdiri, fəlsəfə doktoru, professor Kadıralı Konkobayev iştirak etmişdilər.
Özbəkistan Dövlət Konservatoriyasının “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının professoru Azatgül Taşmatova, Özbəkistan Respublikasının Əməkdar artisti, Özbəkistan Dövlət Konservatoriyasının “Xalq çalğı alətləri ifaçılığı” kafedrasının professoru, rübab ifaçısı Tohir Rəcəbov, Özbəkistan Dövlət Konservatoriyasının “Xalq çalğı alətləri ifaçılğı” kafedrasının baş müəllimi Xurşida Mirsolixova, ney ifaçısı Mirvohid Erqaşev təşrif buyurmuşdular.
Məruzəçilər tərəfindən dəfələrlə qeyd edildiyi kimi, əsrlər boyu formalaşmış ənənəvi musiqi mədəniyyəti türk xalqlarının tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və ortaq mədəni köklərini özündə əks etdirən mühüm irs nümunəsidir. Bu irsin regional xüsusiyyətlərinin araşdırılması, ortaq və fərqli cəhətlərinin müəyyənləşdirilməsi, eləcə də qloballaşma şəraitində inkişaf perspektivlərinin öyrənilməsi xüsusi elmi əhəmiyyət daşıyır.
Beləliklə, Ankarada keçirilən “Türk dünyasında musiqi: keçmişdən gələcəyə, lokaldan qloballaşmaya” beynəlxalq simpoziumu türk xalqlarının zəngin musiqi irsinin öyrənilməsi, elmi təcrübənin bölüşdürülməsi və beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli elmi-mədəni tədbir kimi qiymətləndirilə bilər. Türk xalqların mədəniyyətinin birləşməsinə yönəlmiş bu möhtəşəm Beynəlxalq Simpoziumun sonunda Türksoy və Türk Mədəniyyəti və İrsi fondu kimi rəsmi qurumlara iştirakçılar tərəfindən Bəyənat qəbul olundu. Belə yüksək elmi və təşkilatçılıq baxımından keçirilən simpoiziumların növbəti illərdə də digər türk ölkələrində təşkil olunasına böyük ehtiyacın olduğu dəfələrlə qeyd olundu. Biz, öz növbəmizdə dəvətimizi qəbul edib və simpoziumda iştirak etmiş bütün alimlərə və tədbiri təşkil etmiş əmkdaşlara öz təşəkkürümüzü bildirdik.
Ü.Hacıbəyli adına BMA-nın
elmi-tədqiqat laboratoriyasının müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
İSMAYILZADƏ NURİDƏ


