27 oktyabr 2026-cı il
27 oktyabr 2026-cı il tarixində BMA-nın "Humanitar fənlər" kafedrasının iclası keçirildi. İclasda kafedra üzvləri, "İfaçılıq" fakültəsinin dekanı, professor N. Abbaszadə iştirak edirdilər.
İclasa BMA-nın Tədris işləri üzrə prorektoru, professor N. Quliyeva sədrlik edirdi. Prof. N. Quliyeva "Humanitar fənlər" kafedrasının müdiri, professor Tərlan Quliyevin vəfatından kədərləndiklərini, onun dəyərli elmi əsərlərin müəllifi, BMA-nın elmi və ictimai həyatında önəmli yeri olduğunu, təcrübəli pedaqoq olmaqla yanaşı professor-müəllim heyətinin, tələbələrin sevgisini qazandığını bildirdi. İclas iştirakçıları professor Tərlan Quliyevə Allahdan rəhmət dilədilər. Sədr, professor N.Quliyeva "Humanitar fənlər" kafedrasının rəhbərliyinə əvəzedici olaraq seçkilərə qədər 3 ay müddətində fil. üzrə. f. d. Y. Quliyevanın namizədliyini məsləhət gördü. İclas iştirakçıları Y. Quliyevanın namizədliyini dəstəklədilər. Bundan sonra prof. N. Quliyeva "Azərbaycan Mədəniyyəti-2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasından irəli gələn məsələlərdə kafedra üzvlərinin fəal iştirak etmələrini tövsiyə etdi.

