• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Konsertlər

    16 may 2022-ci il

     16 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında görkəmli musiqişünas-alim, pedaqoq, əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın 90 illik yubileyinə həsr olunmuş konfrans-konsert keçirildi.

    Ardını oxu...

    13 may 2022-ci il

     13 may 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və beynəlxalq müsabiqələr laureatları, Bakı Musiqi Akademiyasının müəllimi Nərgiz Kəngərli, Zərifə Alxazova konserti baş tutdu. 

    Ardını oxu...

    13 may 2022-ci il

    13 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın 100 illik yubileyinə həsr olunmuş "Fortepiano musiqi konserti" keçirildi.

    Ardını oxu...

    11 may 2022-ci il

    11 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın “İxtisas-fortepiano” kafedrası müəllimlərinin Ümummilli lider  Heydər Əliyevin xatirəsinə həsr olunmuş konserti keçirildi.

    Ardını oxu...

    10  may 2022-ci il

    10 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera studiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirildi.

    Ardını oxu...

    10  may 2022-ci il

    Məktəb-studiya kollektivinin Ulu öndərin 99-cu ildönümü ilə bağlı konserti

    Ardını oxu...

    7  may 2022-ci il

    Müasir Azərbaycanın əbədiyaşar memarı..

    Ardını oxu...

    5  may 2022-ci il

    5 may 2022-ci il tarixində Azərbaycanın Mədəniyyət Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi və Marshall İrs İnstitutunun (Marshall Legacy Institute, MLI) təşkilatçılığı, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) dəstəyi ilə Vaşinqtondakı Con Kennedi adına İfaçılıq incəsənəti mərkəzində (Kennedi Mərkəzi) azərbaycanlı incəsənət ustalarının “Xarıbülbülün səsi” konserti keçirildi.

    Ardını oxu...

    29 aprel 2022-ci il

    29 aprel 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Yeni adlar" layihəsi çərçivəsində  Beynəlxalq müsabiqələr laureatı Orxan Haşımovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirildi.

    Ardını oxu...

    28 aprel 2022-ci il

    28 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Respublika və beynəlxalq müsabiqələr laureatı, BMA-nın "İxtisas fortepiano" kafedrasının müəllimi Nərgiz Kəngərlinin konserti keçirildi.

    Ardını oxu...

    28 aprel 2022-ci il

     28 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın "Bəstəkarlıq" kafedrasının tələbələrinin  əsərlərindən ibarət hesabat konserti keçirildi.

    Ardını oxu...

    27 aprel 2022-ci il

     27 aprel 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində "Baharın gülüşü" adlı konsert keçirildi.

    Ardını oxu...

    24 aprel 2022-ci il

     24 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaranmasının 15 illiyinə həsr olunmuş konsert keçirildi.

    Ardını oxu...

    20 aprel 2022-ci il

    20 aprel 2022-ci il tarixində Kövkəb Səfərəliyeva adına 16 saylı Uşaq Musiqi Məktəbində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 100 illik yubileyinə həsr olunmuş "İxtisas fortepiano" kafedrası tələbələrinin konserti keçirildi.

    Ardını oxu...

    18 aprel 2022-ci il

    18 aprel 2022-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində "Klassik musiqi axşamları" layihəsi çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrası müəllimlərinin konserti keçirildi.

    Ardını oxu...

    18 aprel 2022-ci il

    18 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Solo oxuma və opera hazırlığı” kafedrası   tələbələrinin konserti keçirildi.

    Ardını oxu...

    15 aprel 2022-ci il

    Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin  görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamına əsasən 15 aprel 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında  konsert keçirildi.

    Ardını oxu...

    16 aprel 2022-ci il

    16 aprel 2022-ci il tarixində  Kamera və Orqan Musiqi zalında "Fortepiano musiqi axşamı" adlı konsert keçirildi.

    Ardını oxu...

    13 aprel 2022-ci il

    13 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Almaniyanın Trossingen Dövlət Universitetinin doktorantı, prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı Murad Abasovun konserti keçirildi.

    Ardını oxu...

    8 aprel 2022-ci il

    8 aprel 2022-ci il tarixində adına Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycanın Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, tanınmış skripka ifaçısı Zəhra Quliyevanın yubileyinə həsr olunmuş təntənəli konsert  keçirildi. 

    Ardını oxu...