• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 dekabr 2021-ci il

    2021-ci il 17 dekabr tarixində Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş BMA-nın "İxtisas fortepiano" kafedrası tələbələrinin konserti keçirildi.

    Konsert proqramında F.Əmirovun "12 miniatür" N.1,2,3, "Prelüd" N.2 fis moll, , Q.Qarayev "Sonatina" (lll hissə), "Çar kəndinin heykəli",  "Fuqa", Z.Bağırov "Lirik vals", Ü.Hacıbəyli "Sənsiz", "Qubanın ağ alması" (Z.Bağırovun işləməsi), P.Axundova "Lirik fantaziya", F.Quliyeva "Küçələrə su səpmişəm", L.Cəfərova "Karvan" g moll, T.Quliyev "Qaytağı" əsərləri yer almışdır.

    "İxtisas Fortepiano" kafedrasının l, ll, lll kurs tələbələri Əsmər Alxazova, Ayan Aslanova, Aygül Mahmudova, Gülnar Qədirova, Əli Talıbov, Elçin Məmmədov, Gültəkin Məmmədova, İluzər İbrahimzadə, Əzizə Abdullayeva, Zöhrə Ramazanlı, Elmira Müseyibzadə, Nurcan Rzayeva, Səriyyə Məmmədova, Ayla Həsənova, Səbinə Ocaqverdiyeva, Hidayət Sadıqbəyli, Məryəm Məmmədova və Ofeliya Dadaşova uğurla çıxış etdilər.

    Tələbələrin ifasında müvəffəqiyyətlə təqdim olunan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert gurultulu alqışlarla qarşılandı.