• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 dekabr 2021-ci il

    22 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasındakı Rossotrudniçestvonun Nümayəndəliyi 2021-ci ildəki işinin yekunlarına həsr olunmuş “Rus qışı” bayram gecəsi keçirilmişdir.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına fəal və səmərəli yaradıcı əməkdaşlığa görə Bakıdakı Rus Evinin (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) rəhbəri İrek Zinnurov tərəfindən xüsusi mükafat təqdim edilmişdir. Rossotrudniçestvo rəhbərliyi tərəfindən sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinaya da ayrıca minnətdarlıq ifadə olunub.

    Qeyd edək ki, bayram tədbirində dövlət korporasiyalarının, bir sıra ölkələrin diplomatik korpuslarının, mədəniyyət və təhsil müəssisələrinin, gənclər təşkilatlarının nümayəndələri, incəsənət xadimləri, eləcə də BMA-nın tələbələri - birgə layihə və tədbirlərin iştirakçıları iştirak etmişlər.