• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 fevral  2022-ci il

    Azərbaycan Dövlət Akademik Filarmoniyasında Məktəb-studiyanın iki məzununun konserti keçirildi

    4 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gənclər gününə həsr olunmuş “Yeni gənclik” musiqi günləri çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən növbəti möhtəşəm konsertin şahidi olduq.

    Azərbaycan gəncliyinin düzgün yetişdirilməsi hər zaman dövlətimizin prioritet məsələlərindən biri olmuşdur. Bütün sahələrdə olduğu kimi musiqi və incəsənət sahəsində də gənclərimizin təhsil üzrə inkişafı proqramı öz vacibliyini qoruyub saxlayır və bu istiqamətdə görülən işlər gənc nəsil üçün fundamental zəmin yaradır. Sözügedən tədbir birbaşa olaraq bu fikirlərin bariz nümunəsi və təsdiqidir.

    Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının iki parlaq və istedadlı məzunu – Respublika və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, pianoçu Vüsalə Babayeva və Beynəlxalq müsabiqələr laureatı, dirijor, Prezident mükafatçısı Mustafa Mehmandarov iştirak etmişlər. Konsert proqramına dünya şöhrətli polyak bəstəkarı Frederik Şopenin Fortepiano və orkestr üçün 1 №-li konserti (e-moll, op. 11) və Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin “Don Kixot” simfonik qravürləri daxil edilmişdir. Proqram seçimini xüsusilə vurğulayaraq söyləməliyik ki, Qərb və Şərq musiqi mədəniyyətinin tərənnümü tədbirə özünəməxsus ecazkarlıq qatmışdır. Pianoçu Vüsalə Babayevanın ifasında təcəssümünü tapmış Şopen yaradıcılığının lirik, eyni zamanda dramatik obrazları, oxunaqlı melodiyası, digər tərəfdən texniki cəhətdən mürəkkəb üslublu musiqisi sanki tamaşaçıya XIX əsrin sehrli, əsrarəngiz aləmini xatırladırdı. Böyük bəstəkarımız Qara Qarayevin “Don Kixot” əsəri dinləyicilərdə tamamilə fərqli hisslər oyada bilmişdir. Migel de Servantesin qəhrəmanı – Don Kixotun haqsızlıqla mübarizəsi, onun saf sevgisi, faciəvi sonluğu Mustafa Mehmandarovun rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tam dolğunluğu ilə əks olunmuşdur.

    Bu iki istedadlı gənc musiqiçi BMA-nın məktəb-studiyasının yetirmələridir. Hər ikisi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsillərini davam etdirərək dəyərli professorlarımızdan dərs almışlar. Belə ki, Mustafa Mehmandarov BMA-nın məktəb-studiyasının violin ixtisası üzrə mərhum professor Bayandur Mehdiyevin sinfini, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında isə professor Zəhra Quliyevanın sinfini bitirmişdir. O, violin ifaçısı kimi Bolqarıstan, Lüksemburq, İtaliya və Avstriyada keçirilən bir sıra beynəlxalq müsabiqələrin laureatı olmuşdur.

    Dirijorluq üzrə ilk dərslərini görkəmli dirijor, Xalq artisti, professor Rauf Abdullayevdən almışdır. 2013-cü ildə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirərək Avstriyada Vyana konservatoriyasının “Opera-simfonik dirijorluğu” fakültəsinə daxil olmuşdur. Fəxr hissi ilə qeyd etməliyik ki, o, 2018-ci ildə Vyana Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən ilk Azərbaycanlı dirijordur.

    Hazırda Mustafa Mehmandarov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, «Caspian Virtuosos» Orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru, TÜRKSOY Beynəlxalq Kamera Orkestrinin qonaq-dirijoru vəzifələrində çalışır. Çox sayda konsert və tədbirlərdə Azərbaycanı layiqincə təmsil edərək tanınmış simfonik orkestrlərin iştirakı ilə ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, İtaliya, Slovakiya, Finlandiya, Türkiyə, Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Serbiya və digər ölkələrdə konsert proqramları ilə çıxış etmişdir.

    İstedadlı pianoçu Vüsalə Babayeva Orta ixtisas musiqi məktəb-studiyasının Azərbaycanın Əməkdar müəllimi Ayşa Əliyevanın sinfini bitirdikdən sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinə daxil olur. O, professorlar – Oqtay Abasquliyev və Nərminə Quliyevanın tələbəsi, “Sabah” qrupunun məzunudur. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təsis etdiyi “İlin gənci” fəxri adına layiq görülüb. Bolqarıstan, Estoniya, Almaniya, Çexiyada keçirilən bir sıra nüfuzlu müsabiqələr laureatıdır.

    Vüsalə Babayeva dəfələrlə müxtəlif konsert və festivallarda solo və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Bakı Kamera Orkestrinin müşayiəti ilə çıxış edib. Üzeyir Hacıbəyli adına X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində solo konsert proqramı ilə çıxış etmişdir.

    Gənc pianoçu xanım haqqında iki film çəkilib: Azərbaycan Təhsil Nazirliyinin “SABAH” layihəsinin qısametrajlı sənədli filmi və Əbu-Dabi televiziyasının dünyanın qadın musiqiçiləri haqqında film.

    Qeyd edək ki, hər iki musiqiçinin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na düşmüşdür.

    Azərbaycan gəncliyinin dəyərli nümayəndələri olan bu iki gənc artıq professional musiqiçilərdir. Onların məktəb-studiyanın yetirmələri kimi hər bir nailiyyətləri və uğurları bizi sevindirir və fərəhləndirir. Azərbaycan incəsənətini daim yüksəklərdə qərarlaşdıran dəyərli musiqiçilərimiz dahi Üzeyir Hacıbəylinin təməlini qoyduğu yolun layiqli davamçılarıdır.

     

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının

    Orta ixtisas musiqi məktəb-studiyasının

    elmi-metodiki işlər üzrə direktor müavini,

    sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Aytən İbrahimova

     

    В ФИЛАРМОНИИ ПРОШЕЛ КОНЦЕРТ ДВУХ ЯРКИХ ВЫПУСКНИКОВ ШУОЛЫ-СТУДИИ БМА

     

    Мы стали свидетелями очередного грандиозного концерта, состоявшегося 4 февраля 2022 года в Азербайджанской государственной академической филармонии имени Муслима Магомаева в рамках Дней музыки «Новая молодежь», посвященных Дню молодежи. Данный проект был осуществлён при поддержке Министерства культуры Азербайджанской Республики.

    Правильное, целенаправленное воспитание азербайджанской молодежи всегда было одним из приоритетных задач нашего государства. Как и во всех других областях, программа развития нашей молодежи в области музыки и искусства остаётся важным звеном данного процесса, и работа, проводимая в этом направлении, создаёт фундаментальную основу для подрастающего поколения. Данное мероприятие — яркий тому пример.

    В концерте приняли участие два ярких и талантливых выпускника Средней специальной музыкальной школы-студии Бакинской музыкальной академии имени Узеира Гаджибейли – лауреаты республиканских и международных конкурсов, Президентские стипендиаты, пианистка Вюсаля Бабаева и дирижер Мустафа Мехмандаров.

    В программу концерта вошли – Первый фортепианный концерт всемирно известного польского композитора, основоположника польской классической музыки Фредерика Шопена для фортепиано с оркестром (ми минор, соч. 11) и симфонические гравюры «Дон Кихот» выдающегося азербайджанского композитора Гара Гараева. Подчеркивая выбор программы, необходимо сказать, что особой изюминкой мероприятия явилось сопоставление западной и восточной музыкальных культур.

    Лирические, а также драматические образы, певучая мелодия и технически сложные приёмы музыки творчества Шопена, воплощенные в исполнении Вюсали Бабаевой, окунули зрителей в волшебный, загадочный мир XIX века, в музыку романтизма. Произведение нашего великого композитора Гара Гараева «Дон Кихот» вызвало у зрителей иные чувства, полные созерцательности и возвышенности. Борьба главного героя Мигеля де Сервантеса – Дон Кихота с несправедливостью, его чистая любовь и трагический финал в полной мере были отражены в исполнении Азербайджанского государственного симфонического оркестра имени Узеира Гаджибейли под руководством Мустафы Мехмандарова.

    Как отмечалось, эти два талантливых молодых музыканта являются выпускниками школы-студии БМА. Оба они продолжили своё образование в Бакинской музыкальной академии имени У.Гаджибейли и учились у наших уважаемых высококвалифицированных профессоров. Так, Мустафа Мехмандаров окончил класс профессора Баяндура Мехтиева по классу скрипки в школе-студии, а затем класс профессора Захры Гулиевой в Бакинской музыкальной академии. Как скрипач он был победителем ряда международных конкурсов в Болгарии, Люксембурге, Италии и Австрии.

    Первые уроки дирижирования он брал у выдающегося дирижера, народного артиста, профессора Рауфа Абдуллаева. В 2013 году с отличием окончил бакалаврскую степень и поступил на факультет оперного и симфонического дирижирования Венской консерватории в Австрии. С гордостью отметим, что он первый азербайджанский дирижер, с отличием окончивший Венскую консерваторию в 2018 году.

    В настоящее время Мустафа Мехмандаров является дирижером Азербайджанского государственного симфонического оркестра имени Узеира Гаджибейли, основателем, художественным руководителем и главным дирижёром оркестра «Caspian Virtuosos», приглашённым дирижёром Международного камерного оркестра ТЮРКСОЙ. Представляя Азербайджан на многочисленных концертах и мероприятиях с участием известных симфонических оркестров, он выступал в США, Великобритании, Германии, Австрии, Франции, Италии, Словакии, Финляндии, Турции, Черногории, Македонии, Боснии и Герцеговине, Сербии и других странах.

    Талантливая пианистка Вюсаля Бабаева после окончания класса Заслуженного учителя Азербайджана Айши Алиевой Средней специальной музыкальной школы-студии БМА поступает на фортепианный факультет Бакинской музыкальной академии имени У.Гаджибейли. Является студенткой профессоров Огтая Абасгулиева и Нармины Гулиевой, выпускница группы «Сабах». Ей присвоено почётное звание «Молодёжь года», учреждённое Министерством молодежи и спорта Азербайджанской Республики. Она лауреат ряда престижных конкурсов в Болгарии, Эстонии, Германии и Чехии.

    Вюсаля Бабаева неоднократно давала сольные концерты в сопровождении Азербайджанского государственного симфонического оркестра имени Узеира Гаджибейли и Бакинского камерного оркестра на различных концертах и фестивалях. Вместе с тем также был осуществлён сольный концерт юной пианистки в Международном центре мугама в рамках ХХ Международного музыкального фестиваля имени Узеира Гаджибейли.

    О талантливой пианистке снято два фильма: короткометражный документальный фильм по проекту «SABAH» Министерства образования Азербайджана и фильм на телевидении Абу-Даби о женщинах-музыкантах со всего мира.

    Следует отметить, что имена обоих музыкантов включены в «Золотую книгу» молодых талантов Азербайджана.

    Яркие музыканты, представители азербайджанской молодёжи – Мустафа Мехмандаров и Вюсаля Бабаева, проявляют большой энтузиазм на пути к усовершенствованию. Нас радует каждое их достижение и успех, мы гордимся ими как яркими выпускниками школы-студии.

    Выступая достойными продолжателями пути, проложенного гениальным Узеир беком, наши молодые музыканты стремятся возвысить и пропагандировать азербайджанское искусство на мировой арене.

     

    Заместитель директора по научно-методической работе

    Средней специальной музыкальной школы-студии

    Бакинской музыкальной академии имени Узеира Гаджибейли,

    доктор философии по искусствоведению

    Айтен Ибрагимова