• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 oktyabr 2022-ci il

    22 oktyabr 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İsrail Dövlətinin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Bakı Kamera Orkestri və tanınmış israilli musiqiçi, istedadlı mandolin ifaçısı Avi Avitalın konserti keçirildi.

    Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycan Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

    Zəngin konsert proqramında İohan Sebastian Baxın a moll Konserti, Bella Bartokun "Rumın rəqsləri", Xəyyam Mirzəzadənin "Miniatürlər", Gil Aldemanın "ln Chasidic Mood" əsərləri səsləndirildi.

    Qeyd edək ki, Konsert İsrail və Azərbaycanın Diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr olunmuşdur.

    Təntənəli konsert tamaşaçıların böyük marağına səbəb olub, gurultulu alqışlarla başa çatdı.