• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 noyabr 2022-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi Məktəbi-Studiyasının məzunu Teymur Kazımov noyabrın 7-də Sankt-Peterburqdakdakı  Beloselski-Belozerski sarayda keçirilən “YELENA OBRAZTSOVAYA TƏKLİFİ” IV Beynəlxalq Musiqi Festivalının bağlanışının təntənəli qala-konsertində iştirak edib.

    Festival Sankt-Peterburqun Mədəniyyət Komitəsinin dəstəyi ilə İrina Çernovanın rəhbərlik etdiyi Yelena Obraztsova adına Mədəniyyət Mərkəzi tərəfindən keçirilir.

    Qala Konsertdə Gənc Vokalçıların Beynəlxalq Müsabiqəsi və Yelena Obraztsova adına Mədəniyyət Mərkəzinin mükafatı uğrunda Ümumrusiya Vokal və İnstrumental Sənət Müsabiqəsi laureatları və xüsusi mükafatçıları Yelena Obraztsova iştirak edirdi.

    Konsertdə Teymur iki romans təqdim etdi: “Gürcüstanın təpələrində”, A.Puşkinin sözlərinə Qara Qarayev və “Ağaca”, S.Yeseninin sözlərinə Georgi Sviridov.

    Qeyd edək ki, Teymur bu il Sankt-Peterburq Dövlət Rimski-Korsakov Konservatoriyasında Rusiyanın xalq artisti, solo oxuma kafedrasının müdiri Vladimir Vaneyevin sinfində təhsil almağa başlayıb.

     Konsert Kultura.rf portalında canlı yayımlanıb.