• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 dekabr 2022-ci il

    19 dekabr 2022-ci il tarixində Xəzər Universitetində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş təntənəli konsert keçirildi.

    Tədbirə başlamadan öncə Xəzər Universitetinin rektoru, Direktorlar və Qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı bütün qonaqları salamlayaraq, tanınmış incəsənət xadimləri ilə bir arada olmaqdan məmnun olduğunu vurğuladı.

    Həmçinin Azərbaycanın Xalq artistləri Xuraman Qasımova, Yeganə Qasımova da belə mühüm bir tədbirin ərsəyə gəlməsində bütün təşkilatçılara dərin təşəkkürlərini bildirdilər və Fikrət Əmirovun yubileyinə həsr olunmuş konsertin əhəmiyyətindən danışdılar.

    Sonra musiqili gecə açıq elan olundu.

    Gecədə musiqi aləminin tanınmış simaları - Xalq artistləri Xuraman Qasımova, Fidan Qasımova, Yeganə Axundova, Gülnaz İsmayılova, Alim Qasımov,  Elşən Mansurov, Əməkdar artistlər Nigar Məlikova, Səidə Şərifəliyeva, Aqşin Abdullayev, Çinarə Mütəllibova, Xəzər Universitetinin Kamera orkestrinin bədii rəhbəri, Musiqi və İncəsənət departamentinin müdiri, Əməkdar müəllim Zülfiyyə Sadıqova, dirijor Emin Haşımov, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, Opera ifaçılarının Avropa çempionu və Gənclər mükafatçısı Urfan Cəfərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının lV kurs tələbələri Emin İsmayılov, Leyla Baxışova, Nazim Mahmudov parlaq ifalarını dinləyicilərə təqdim etdilər.

    Bayram ab-havalı konsert proqramında Fikrət Əmirovun müxtəlif illərdə qələmə aldığı məşhur əsərləri səsləndirildi.

    Möhtəşəm konsert gecəsi tamaşaçıların böyük rəğbətini qazanaraq, gurultulu alqışlarla başa çatdı.