• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 dekabr 2022-ci il

    20 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Detaşe" violinoçular ansamblının konserti baş tutdu.

    Ansamblın bədii rəhbəri Xalq artisti, Bakı Musiqi Akademiyasının "Simli alətlər" kafedrasının professoru Zəhra Quliyevadır.

    Təntənəli konsert proqramında A.Dadaşovun "Baxvari", E.Qriqin "Norveç rəqsi", A.Dvorjakın "Qaraçı mahnısı", N.Rubinşteynin "Cəhrə", M.Ravelin "Pavana", İ.Ştrausun "Anna polka", Y.Sibeliusun "Valse triste", F.Bədəlbəylinin "Prelüd" (işləməsi Ağa Əliyevindir), A.İbrahimovun "Şuşa", Y.Yohovun "Detaşe" vals, "Antonionun yuxuları" əsərləri dinləyicilərə təqdim olundu.

    İfaçıların əsrarəngiz ifaları hər kəsdə xoş əvhal ruhiyyə yaradaraq, dinləyicilər tərəfindən hərarətlə qarşılandı.