• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 fevral  2023-cü il

     15 fevral 2023 il Bakıdakı “Rus Evi”ndə Aleksandr Darqomıjskinin 210 illik yubileyinə həsr olunmuş bayram tədbiri keçirildi.

    Layihənin təşkilatçı və aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina idi. Musiqi gecəsində A.İnyakina görkəmli bəstəkarın musiqi tarixindəki rolundan, XIX-XX əsrlərdə təkcə rus deyil, həm də dünya musiqi sənətinin inkişafına onun yaradıcılığının təsirindən söz açdı. A.Darqomıjski rus musiqisində sonrakı nəsillərin bir çox bəstəkarlarının izlədiyi realist cərəyanın banisi hesab olunur.

     Konsertdə bəstəkarın əsərlərini Alyona İnyakina, Azərbaycanın Əməkdar Artisti Anton Ferştandt, BMA-nın konsertmeystrləri Dilarə Kərimova və Ülviyyə Əliyeva, BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın müəllimi Nərgiz Kəngərli, eləcə də Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Aminat Əhmədova, BMA-nın tələbəsi Atefe Qarebaqi iştirak etmişlər.