• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10 mart 2023-cü il

     10 mart 2023-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 105 illiyinə həsr olunmuş təntənəli konsert keçirildi.

    Konsertdə Rusiyanın Əməkdar müəllimi, Moskva Dövlət Konservatoriyası tərkibində Mərkəzi Musiqi Məktəbinin Fortepiano şöbəsinin müdiri, Beynəlxalq müsabiqələr laureatı,  pianoçu  Mira Marçenko və tanınmış pianoçu Səidə Tağızadənin əsrarəngiz birgə ifası dinləyicilərə təqdim olundu.

    Gecədə Sergey Raxmaninovun Fortepiano üçün suitalar (N.1 və N.2) və Qara Qarayevin "Don Kixot" simfonik qravürləri, "Yeddi gözəl" baletindən "Gözəllər gözəli" əsərləri  istedadlı pianoçuların ifasında musiqisevənlərin könlünü oxşamağa müvəffəq oldu.

    Təntənəli konsert gecəsi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanaraq, gurultulu alqış sədaları altında başa çatdı.