• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 avqust 2025-ci il 

    17 avqust 2025-ci il tarixində görkəmli musiqiçi, xalq artisti Müslüm Maqomayevin doğum günündə dahi sənətkarın xatirəsinə həsr olunmuş “Mənim melodiyam” adlı konsert və sərgi keçirilmişdir.

    Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Tatar İcmasının birgə təşkilatçılığı, Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyinin dəstəyi ilə baş tutdu.

    Layihənin aparıcısı və bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina toplaşmış auditoriyaya dahi musiqiçinin yaradıcılıq tərcümeyi-halının unikal səhifələri, ümumbəşəri məhəbbət və tanınma yolunda qazandığı qələbələr və nailiyyətləri haqqında məlumat vermişdir.

    Görkəmli musiqiçinin doğum gününə həsr olunmuş bayram konsertinin proqramına beynəlxalq müsabiqələr laureatları: Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Firuz Məmmədovun, BMA-nın komsertmeysteri Dilarə Kərimovanın, Azərbaycan Dövlət Akademik opera və balet teatrının artisti Ruslan Perişan,  Azərbaycan Dövlət Akademik Xor kapellasının artisti Elyar Əliyev və N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımovun ifasında Xalq Artistinin repertuarından ölməz hitlər səsləndirilmişdir. Tədbir zamanı həmçinin şair və publisistlər Natali, Arzu Manaflı və Renat İlyazovun ifasında M.Maqomayevin mahnılarından şeirlər və görkəmli musiqiçiyə xüsusi olaraq sənətkarın doğum günü üçün yaradılmış poetik ithafdan şeirlər səsləndirildi. Sərgidə musiqiçinin həyat və yaradıcılığının müxtəlif mərhələlərini, əlamətdar hadisələrini əks etdirən, Maqomayevin özündən, eləcə də ailəsindən və dostlarından sitat gətirən fotoşəkillər nümayiş etdirildi.

    Tədbirin kuratoru Alyona İnyakina və Sülh səfiri, Sülh Mədəniyyəti İnstitutunun (UNESCO) “Avropa-Asiya” Moskva Dövlət Universitetinin Humanitar və Kommersiya Layihələri Departamentinin direktoru, Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü Renat İlyazovdur.

    Bayram konserti tamaşaçıların ölkəmizin qeyri-rəsmi simvolu kimi ayaq üstə alqışladıqları sevimli “Azərbaycan” mahnısının ifası ilə başa çatmışdır.