• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 oktyabr  2025-ci il 

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2025-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi qeyd olunur.

    Bu görkəmli musiqiçinin şərəfinə Azərbaycanda silsilə tədbirlər, layihələr həyata keçirilir.

    Oktyabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində kataloqların təntənəli təqdimatı və görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş təntənəli konsert keçiriləcək.

    Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.

    Konsert proqramının bədii rəhbəri və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina olub.

    Tədbir Kristina Əfəndiyevanın dirijorluğu ilə Müqəddəs Arxangel Mixail kilsəsinin xorunun ifasında Azərbaycan Respublikasının dövlət himni ilə açılıb.

    Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, Əməkdar mədəniyyət xadimi Alla Bayramova toplaşan tamaşaçılar qarşısında giriş sözü ilə çıxış etdi.

    Bu iki görkəmli Azərbaycan bəstəkarının yubileyini qeyd etmək üçün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin 140 illik yubileylərinə həsr olunmuş muzeyin kolleksiyasından materialların kataloqlarını hazırlayıb. Tədbirdə kataloqları muzeyin aparıcı elmi işçisi Aynur Müfidzadə və muzeyin elmi işçisi Raminə Məmmədova təqdim ediblər.

    Tədbir zamanı Kristina Əfəndiyevanın rəhbərliyi ilə Müqəddəs Arxangel Mixail Kilsəsinin xoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərova, BMA-nın komsertmeysteri Dilarə Kərimova, Beynəlxalq Müsabiqə laureatları: Elyar Əliyev və Kamilla İmanova, konsertmeystər: Larisa Zairbekova və Rəna Zəkiyeva, BMA-nın tələbələri: Elen İmamyarlı, Şöhrət İsmayılov və Hidayət Sadıqbəyli, həmçinin Respublika müsabiqəsinin ikiqat Qran-pri qalibi Mirnofəl Həsənovun ifasında Ü.Hacıbəyli və M.Maqomayevin sevimli əsərləri səsləndirilib.  Alyona İnyakina, eləcə də BMA-nın Tarix-Nəzəriyyə fakültəsinin tələbələri: Ayşən Rəfizadə, Rəhiməxanım Qurbanova, Nəzrin Məmmədova, Səma Mustafayeva, Dürnisə Hüseynova, Aydan Nağıyeva, Nigar Nabil çıxış edərək, toplaşan tamaşaçılar qarşısında Ü.Hacıbəylinin və M.Maqomayevin yaradıcılığının fərqləndirici cəhətlərindən danışıblar.

     


    Согласно распоряжению Президента Азербайджанской Республики Ильхама Алиева, в 2025 году празднуется 140-летие основоположника азербайджанской классической музыки Узеира Гаджибейли. В честь юбилея выдающегося музыканта в Азербайджане проводится серия мероприятий и  проектов.

    3 октября в Государственном музее музыкальной культуры Азербайджана к юбилею композиторов состоится торжественная презентация каталогов и праздничный концерт, посвященные 140-летию выдающихся азербайджанских композиторов — Узеира Гаджибейли и Муслима Магомаева

    Мероприятие было организовано совместно Государственным музеем музыкальной культуры Азербайджана и Бакинской Музыкальной Академией имени У.Гаджибейли.

    Художественный руководитель и организатор концертной программы – доктор философии по искусствоведению старший преподаватель БМА Алена Инякина.

    Мероприятие открылось государственным гимном Азербайджанской Республики, прозвучавшим в исполнении хора храма Святого Архангела Михаила под управлением Кристины Эфендиевой. 

    С приветствием и вступительной речью перед собравшейся аудиторией выступила директор Азербайджанского государственного музея музыкальной культуры, доктор искусствоведения, заслуженный деятель культуры Алла Байрамова. 

    По случаю юбилея двух выдающихся азербайджанских композиторов Государственный музей музыкальной культуры Азербайджана подготовил каталоги материалов из фондов музея, посвящённые 140-летию Узеира Гаджибейли и Муслима Магомаева.  На мероприятии каталоги представили ведущий научный сотрудник музея Айнур Муфидзаде и научный сотрудник музея Рамина Мамедова.

    В продолжении мероприятия слушатели смогли насладиться шедеврами композиторского творчества Гаджибейли и Магомаева в исполнении хора храма Святого Архангела Михаила под управлением Кристины Эфендиевой, солистки Азербайджанского Государственного академического музыкального театра Юлии Гейдаровой, концертмейстера БМА Диляры Керимовой, лауреатов международных конкурсов: Камиллы Имановой и Эльяра Алиева, концертмейстеов: Ларисы Заирбековой и Рены Закиевой, студентов БМА: Элен Имамъярлы, Шохрата Исмаилова и Хидаята Садыгбейли, а также дважды обладателя Гран-при республиканского конкурса Мирнофеля Гасанова.

    Об особенностях творческого облика юбиляров собравшимся слушателям рассказали Алена Инякина, а также студенты историко-теоретического факультета БМА: Айшен Рафизаде, Рагимаханум Гурбанова, Назрин Мамедова, Сяма Мустафаева, Дурниса Гусейнова, Айдан Нагиева и Нигяр Набили.