18 oktyabr 2025-ci il
Çin Xalq Respublikasında Bakı Dövlət Kamera Orkestrinin təntənəli konserti keçirildi.
18 oktyabr 2025-ci il tarixində Çin Xalq Respublikasında keçirilən 24-cü Şanxay Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Bakı Dövlət Kamera Orkestrinin müşayiəti ilə (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov, kollektivin rəhbəri Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova), solistlər Xalq artisti, professor Yeganə Axundova və beynəlxalq müsabiqələr laureatı Nəzrin Aslanlının (violin), M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivinin iştirakı ilə möhtəşəm konsert proqramı baş tutdu.
Konsertdə Azərbaycan və dünya klassik musiqisinin inciləri dinləyicilərə təqdim olundu.
Zəngin konsert proqramında Ü.Hacıbəylinin "Arazbarı", Q.Qarayevin "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən iki rəqs, W.A.Motzartın Divertisment D-dur (I hissə), B.Britten "Sadə simfoniya"sın dan "Sentimental sarabanda" ( III hissə), A.Vivaldinib "İlin fəsilləri" silsiləsindən "Yay", J.S.Bachın Brandenburq konserti N°3, G-dur, A.Piazzollanın "Buenos-Ayresdə ilin fəsilləri silsiləsindən "Yaz", F.Mendelssohnun Simli simfoniya N°10, b-moll, F.Əmirovun "Nizami" simfoniyası (Final), F.Bədəlbəylinin "Dəniz", T.Quliyevin "Qaytağı" əsərləri səsləndirildi.
Azərbaycanlı ifaçıların çıxışı dinləyicilərin qəlbini fəth edərək, gurultulu alqışlarla qarşılandı. Belə mötəbər beynəlxalq festivalda iştirak ölkəmizin musiqi mədəniyyətinin, ifaçılıq ənənələrinin və milli dəyərlərinin dünya miqyasında tanınması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir və təqdirəlayiq bir addımdır.