• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 noyabr  2025-ci il 

    4 noyabrda Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Zəfər Gününə həsr olunmuş “Vətən deyib döyüşdük, Zəfərlə geri döndük!" adlı təntənəli tədbir keçirildi.
    “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsinin 5-ci ildönümü münasibətilə təşkil olunan bu tədbir Zəfər salnaməmizin yazıldığı şanlı tarixi təbliğ etmək məqsədilə hazırlanıb.
    Açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirildi. Bütün iştirakçılar Vətən uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
    Mərasimdə muzeyin elmi katibi Şəhla Məmmədova və muzeyin əməkdaşı Türkan Əliyeva bizi Zəfərə doğru aparan 44 günlük Vətən Müharibəsi, eləcə də geri alınan ərazilərin hazırkı inkişafı haqqında danışdılar və çıxışlarını videoçarxlarla müşayiət etdilər.
    Tədbirin rəsmi hissəsində qazilər Hüseyn Məmmədov və Nahid Ağayev rəşadətli ordumuzun gücü və xalqımızın bir amal uğrunda səfərbərliyi sayəsində əldə edilmiş parlaq qələbəmizdən söz açıblar.
    Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi və sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakinanın rəhbərliyi altında BMA-nın tələbələri Rauf Məmmədzadə, Məryəm Babayeva, Hidayət Sadıqbəyli, eləcə də Nigar Süleymanova və Cəlal Səmədov Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusuna həsr olunmuş vokal və instrumental əsərlərini ifa etdilər. Tədbir BMA-nın tələbələri Atilla Məmmədli və Ərtoğrul Balayevin ifasında əfsanəvi "Azərbaycan" mahnısının ifası ilə başa çatdı.