• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 noyabr  2025-ci il 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 14 noyabr 2025-ci il tarixində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan  “Xor-dirijorluq” kafedrasının “Üzeyir irsi - xor musiqisində” adlı təntənəli konsert keçirildi.

    Qeyd edək ki, konsertin bədii rəhbəri Xalq artisti, BMA-nın “Xor-dirijorluq” kafedrasının müdiri, professor Gülbacı İmanovadır.

    Tədbirdə BMA-nın Birləşmiş tələbə xoru (rəhbər: Əməkdar artist, baş müəllim Naala Baratelia, Musiqi müəllimlərinin xoru ( rəhbər: baş müəllim Cəmilə Abdulzadə), Sabah qruplarının musiqişünaslardan ibarət “Xaribülbül” xoru (rəhbər: Əməkdar müəllim, professor Leyla Məmmədova), Sabah qruplarının instrumental ifaçılıq tələbələrindən ibarət xoru (rəhbər: baş müəllim Dmitri Babayev) çıxış etdilər.

    Konsertmeysterlər:

     Leyla İsmayılova, Vəfa Əzizova, Gülşən Mehdiyeva, Nərmin Günəşova

    Konsert boyunca tələbələrin ifasında səslənən musiqi nömrələri dahi bəstəkar Üzeyir bəyin musiqi irsinə dərin hörmət duyğuları ilə müşayiət olundu.

    Dinləyicilərin ruhunu oxşayan konsert tədbiri tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.