• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 noyabr  2025-ci il 

    Bakı Musiqi Akademiyasında İtaliya ilə musiqi əməkdaşlığı çərçivəsində “Dostluq Körpüsü” tədbiri keçirildi.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və  İtaliyanın Salerno şəhərində fəaliyyət göstərən Giuseppe Martucci Musiqi Konservatoriyası ilə beynəlxalq mədəni-musiqi əməkdaşlığını əks etdirən “Dostluq körpüsü – ənənələri birləşdirmək: irsin və müasir səs mənzərələrinin əks-sədası ilə transmilli musiqi səyahəti” adlı tədbir baş tutdu.

    Tədbiri giriş sözü ilə Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova açaraq, qonaqları hər kəsə təqdim etdi.

    Sonra Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyliyə söz verildi. F.Bədəlbəyli belə tarixi bir günün əhəmiyyətindən danışdı. O, İtaliya Musiqi Konservatoriya ilə Bakı Musiqi Akademiyasının yeni əməkdaşlığını təqdirəlayiq hal kimi qiymətləndirdi.

    Ardınca Giuseppe Martucci Musiqi Konservatoriyasının rektoru, professor Fulvıo Artiano da giriş sözü ilə çıxış edərək, iki ölkə arasında mədəni əlaqələrin möhkənləndirilməsini yüksək dəyərləndirdi.

    Tədbirin qonaqları:

    Fulvio Artiano (rektor), Ernesto Pulignano (prorektor), Grazielle Mercolino, Catello Gallotti, Marina Mezzina, Brigida Migliore, Aleandro Libano, Raffaele Grimaldi, Gennaro Cardareopoli, Raffaele Maisano, Raffaele Battiloro, Antonio Ramous, Gianluca Buonocore.

    Tələbə heyəti:

    Raffaele Delli Bovi, Emanuele D’Andria, Rosa Martin Angelo, Daniela Magnotta, Gerardo Orsini, Fiammetta Saggese, Carmine Ricco.

     27 noyabr  tarixində Bakı Musiqi Akademiyasının Böyük Zalında İtaliya musiqiçilərinin konserti keçirildi. Proqram iştirakçıları müxtəlif musiqi əsərlərini ifa edərək Azərbaycan auditoriyasına zəngin italyan musiqi ənənəsinin rənglərini təqdim etdilər.

    Bu görüş Azərbaycan və İtaliya musiqi təhsil ocaqları arasında yaradıcı əlaqələrin güclənməsinə, iki mədəniyyətin bir-birini daha yaxından tanıması və musiqi irsinin paylaşılması baxımından mühüm addım kimi qeydə alınmışdır.